MƏQALƏLƏR

ELMİ JURNALLARIN FƏALİYYƏTİNDƏ MÜHÜM AMİLLƏR...

Elmi jurnalların fəaliyyətində mühüm amillər aşağıdakılardır:


Web of Science bazasına jurnal seçimi BU  ŞƏKİLDƏ aparılır

 Web of Science Core Collection (WoS) akademik materialların referativ bazalarını birləşdirir. O hər jurnalın ayrıca impakt factor aldığı dünyanın ən iri axtarış platformalarından biri hesab edilir.

Zaxarenkonun müəllif məktəbinin ideyası nədən ibarətdir?

Zaxarenko  Aleksandr  Antonoviçin  (1937-2002) müəllif məktəbi Ukraynanın tanınmış məktəbləri sırasındadır. O, Çerkassk vilayəti, Kamensk rayonunun Kamenka şəhərində anadan olub. 

Çin müdriki Laonun fikir dünyasından...

Lao qeyd edirdi ki, uşaqlarda təfəkkürün inikafı onun gələcək həyatı üçün müstəsna rola malikdir.


Tablodan görünən Şuşa

 Mən Şuşanı, ürəyində onun nisgilini, tarixini, yaxşı və pis günlərinin xatirəsini yaşadan, bu xatirələrlə ovunan şuşalılardan öyrənirdim.


“Təbaşir” teatrı müəllimləri bir araya gətirir...

 “Sizə “ Təbaşir teatr”ı haqqında danışmaq üçün burdayam.Amma hardan başlayım harda bitirim hələ ki bilmirəm.Deməyə o qədər çox sözüm var ki... Bunları cümlələrlə ifadə etmək istəsəm yenə də duyğularımı
anlatmaqda aciz qalaram.


İVAN KUPALA GECƏSİNİN SİRRİ...

Od və sudan başlanğıc alan, Günəş təqviminin dörd ən əhəmiyyətli bayramından biri olan İvan Kupala bayramı şərqi slavyanlıların arzu, ümid, gələcəyə inam, əhd-peyman gecəsi kimi ürəklərə köçüb, yaddaşlara həkk olub...
Mijqoredə olduğumuz günlər şərqi slavyanlıların əsrlər boyu qeyd etdikləri İvan Kupala bayramına təsadüf etdi.


“Azərbaycan məktəbi” jurnalı beynəlxalq elmi-pedaqoji nəşrlər sırasında jurnalının 2019-cu ildə ilk sayı çapdan çıxıb

Azərbaycan məktəbi” jurnalı artıq 1 ilə yaxındır ki, oxucularının görüşünə yeni dizayn və formatda, istər ölkə, istərsə xaricdən ünvanlanan, müasir tələblər səviyyəsində yazılmış elmi-tədqiqat məqalələri, araşdırma materialları ilə gəlir.

RAUF DENKTAŞ HAQQINDA

Quzey Kıbrıs Türk Cümhiriyyəti yaradıcılarının həyatını araşdırarkən maraqlı nüanslarla qarşılaşıram. Onlardan biri də həyatını Cümhuriyyətin qurulmasına, inkişafına həsr edən şəxsiyyətlərin jurnalistik fəaliyyəti ilə məşğul olmasıdır. Bəzilərinin isə siyasi fəaliyyətə məhz jurnalist kimi başlaması da diqqət çəkir.

Sakit Məmmədov – dünya rəssamlığında yeni səhifə...

Onun rəsmlərindəkiləri duymaq üçün onları uzun müddət müşahidə etməyə ehtiyac qalmır. Sakit Məmmədovun rəsmləri özlərini ifadə edən canlı lövhələrdir. Portretlərdəki psixologizm nə qədər dərin olsa da, rəssamın bu psixologizmi ifadə etdiyi rəng çalarları onu tam mənası ilə açmağa, tamaşaçının onu duymasına imkan yaradır.

“Azərbaycan məktəbi” jurnalı nüfuzlu elmi indekslərdə

Yeni forma və məzmun nə vəd edir?Azərbaycan məktəbi” Beynəlxalq akademik dərgisi pedaqoji mətbuat tariximizin ən uzunömürlü elmi-pedaqoji jurnalı hesab olunur. Jurnal 1924-cü ildən mütəmadi olaraq Azərbaycan müəllimlərinin, elmi-pedaqoji ictimaiyyətinin görüşünə gəlir. Azərbaycan Respublikası Təhsil nazirliyinin elmi-nəzəri orqanı olan bu jurnal ölkənin pedaqoji mətbuat orqanları arasında uzunömürlülüyü ilə yanaşı, həm də dərc olunan məqalələrin elmi sanbalı ilə də seçilib. 

İndeksli jurnallarda necə dərc olunmalı?

Jurnalların Scopusda qeydiyyatdan keçməsi, ümumiyyətlə, jurnal haqqında elmi ictimaiyyət arasında müsbət rəy formalaşdırır. Bununla da jurnalın qapıları dünyanın elmi ictimaiyyətinin üzünə açılılır.

“Unudulan atalar sözləri yaşadılsın”

Azərbaycan Britaniya Kollecinin təşkil etdiyi tədbirlərdə mütəmadi olaraq iştirak edirəm. Həmişə maraqlı mövzuları diqqət mərkəzində saxlayan, milli-mənəvi dəyərləri ön plana çəkən tədbir təşkilatçıları bu dəfə də öz prinsiplərinə sadiqlik nümayiş etdirdilər



Müsahibimiz sənətşünaslıq doktoru, professor Rafiq İmranidir.
Arayış: Rafiq İmrani 1951-ci ildə Bakıda anadan olub. Asəf Zeynallı adna Musiqi Məktəbini və Azərbaycan Dövlət Konservatoriyasnı bitirib. 1979-cu ildən Konservatoriyada pedaqoji fəaliyyətə başlayıb. Eyni zamanda elmi-tədqiqat işi ilə məşğul olub. Musiqi və muğam tarixinə aid 6 kitabı çap olunub.


ZƏNGİN PEDAQOJİ TƏCRÜBƏ MƏKTƏBİ
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı  ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" qəbul edilmişdir. 


ДОСТОЙНОЕ ПРИЗНАНТЕ НОВЫХ ДОСТИЖЕНИЙ ДОКТОРА ИБАДОВА 
Поздравляем уважаемого Яшара Ибадова, академика Оксфордского Университета, руководителя Международной Школы Альтернативной Психологии, профессора, доктора медико-биологических наук, директора лаборатории психогигиены и медико-психологической диагностики Института Образования Азербайджана, с новыми научными достижениями! 


İNTERAKTİV ÖYRƏNMƏ TEXNOLOGİYALARI ŞAGİRDLƏRİN YARADICILIQ QABİLİYYƏTLƏRİNİ İNKİŞAF ETDİRMƏK VASİTƏSİ KİMİ
Şirvan şəhəri T.Bağırov adına 11№-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Seyyub Əsədovun iş təcrübəsindən



İSTEDAD VƏ ZƏHMƏT UĞURUN AŞARIDIR...
Bakının Buzovna qəsəbəsində yerləşən 4 nömrəli Uşaq İncəsənət Məktəbinə gəlişimin məqsədi həm bu mərkəzlə tanış olmaq, həm də şagirdləri və pedaqoji kollektivi UNESKO nəzdində Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının dəstəyi ilə Bakıda keçiriləcək “Dünyanın səsini duyaq” Beynəlxaql Festival haqqında məlumatlandırmaq idi. 

BAYRAĞIMIZ QÜRUR MƏNBƏYİMİZDİR
Bu günlərdə Bakının Xətai rayonundakı 95 nömrəli tam orta məktəb Azərbaycan bayrağının rəngləri ilə bəzədilmişdi. Məktəbin ibtidai sinif müəllimi Zümrüd Hüseynovanın təşkilatçılığı ilə keçirilən “Bayrağımız qürur mənbəyimizdir” adlı tədbir məktəbə bayram əhval ruhiyyəsi bəxş etmişdi. 

MOSTİSKA-DUYĞULU ŞƏHƏR
Azərbaycanlı jurnalist Ukraynanın elm, təhsil, milli-mənəvi dəyərlərindən yazır...

GÖRKƏMLİ BƏSTƏKAR TOFİQ QULİYEVİN SƏNƏTİNƏ EHTİRAMLA...
Bakının Sabunçu rayonundakı 215 nömrəli tam orta  məktbəbdə Azərbaycanın görkəmli bəstəkarı Tofiq Quliyevin 100 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirildi. 

ÖMÜR KİTABININ SƏHİFƏLƏRİ
Nasim Abışovun həyat yoluna nəzər saldıqda bəzən mənə elə gəlir ki, onun kimyaçı kimi formalaşmasının təməlində müəllimləri ilə bərabər, qoynunda böyüdüyü təbiət də önəmli rol oynayıb. 1974-cü ildə dünyaya gəldiyi Yardımlının Bozayıran kəndi, onun təbiəti Nasimin ilk kimya laboratoriyası olub.  

İDRAK LİSEYİ – DÜNYAYA AÇILAN QAPI
Təhsil sahəsində həyata keçirilən islahatlar, qəbil edilən sərəncamlar, irəli sürülən ideyalar sözsüz ki, yeni tipli təhsil ocaqlarının yaranmasını labüd edir. 

MƏNƏVİ SƏRVƏT
“Təhsil və zaman” qəzetinin son sayında dərc olunan bu yazı Abşeron rayonu Masazır kənd 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aynur Musayevanın iş təcrübəsindən bəhs edir.

RİYAZİYYATDAN HƏYATA
İradə Məlikovanın bütün dərsləri kimi 4-cü sinifdə apardığı və mənim də izlədiyim növbəti dərsi ustalıqla yaradılan zəngin öyrətmə mühiti ilə diqqətimi cəlb etdi

BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ 
Bu yazı Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın ibtidai sinif müəllimi İradə Məlikovanın şagirdləri ilə birgə təqdim etdiyi 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunur...                                                                                                                  
İNSAN MƏNƏVİYYATINA MƏHƏBBƏT DUYĞULARINDAN YARANAN DƏRS
“Təhsil və zaman” qəzetində dərc olunan bu yazı Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın ibtidai sinif müəllimi Şəcahan Ramazanovanın iş təcrübəsindən bəhs edir.

İNFORMASİYA KOMMUNİKASİYA TEXNOLOGİYALARININ (İKT) TƏHSİLDƏ TƏTBİQİ
Bu gün dünyada insanların böyük əksəriyyəti müxtəlif məqsədlər üçün kompüterdən geniş istifadə edirlər. Xüsusən gənc nəsil üçün kompüterdən istifadə onun gündəlik fəaliyyətinin adi həyat tərzinə çevrilib.

XAVƏR  SAYILOVA - HƏYAT DOLU BİR İNSAN
Bu yazı tanınmış məktəbşünas Xavər Sayılovanın 70 illiyi münasibətilə yazmışdım. Bu gün bu gözəl insanın ölüm xəbərindən sarsıldım. Allah Sizə rəhmət eləsin Xavər xanım. Sizin nurlu xatirəniz hər zaman qəlbimizdə yaşayacaqdır.

TƏLİM VƏ TƏRBİYƏNİN VƏHDƏTİNDƏ
“Təhsil və zaman” qəzetinin 03.03.2017-ci il tarixli sayında dərc olunan bu yazı Mingəçevir şəhər 1 nömrəli tam orta məktəbin fəaliyyətindən bəhs edir.

LEYLAN CƏFƏRZADƏNİN RƏSMLƏRİ
Onların yaratdıqları möcüzəli aləm məktəbin foyesində artıq öz pərəstişkarlarını gözləyirdi. Burada məktəbin “İstedadlılar” dərnəyinin üzvü Leylan Cəfərzadənin rəsmləri, eləcə də onun əl işlərinə verilmiş dəyəri özündə yaşadan sertifikatlar, diplomlar yer almışdı.

BİR DÖYÜNƏN ÜRƏKLƏRDƏN QOPAN SƏS

Bu yazı Bakının Binəqədi rayonundakı 3 nömrəli tam orta məktəbin müəllimi Ləman Azadovanın dördüncülərinin təqdim etdikləri "Hər zaman Günəş kimi işıq saçın" mövzusunda ədəbi - bədii kompozisiyaya həsr olunur.

ANA DİLİNƏ SEVGİ AŞILAYAN DƏRS

Bu yazı Bakının Sabunçu rayonundakı 309 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Arzu Məmmədovanın iş təcrübəsindən bəhs edir.

HƏYATDAN QAYNAQLANAN CAVABLAR

Bu yazı Bakının Xətai rayonundakı 165 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Sürəyya Ağcayevanın iş təcrübəsindən bəhs edir.

"HEÇ VAXT TƏSLİM OLMAMAQ DƏRSİ"

Bu yazı Sumqayıt şəhərindəki 26 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Könül Qafarovanın iş təcrübəsndən bəhs edir.

SƏTTAR BƏHLULZADƏ SƏNƏTİNƏ SEVGİ İLƏ

Bu yazı Bakı şəhəri Suraxanı rayonu 270 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi Məhsəti Cəfərovanın iş təcrübəsindən bəhs edir.

TARİXİ YAŞATMAQ NAMİNƏ...

Bu yazı Neftçala rayonundakı Təhsil muzeyinin fəaliyyətinə həsr olunur.

ELM VƏ HƏYAT TƏCRÜBƏSİNİN VƏHDƏTİNDƏ

Bu yazı Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, doset Xumar Asim qızı Qazıyevanın pedaqoji təcrübəsindən bəhs edir.

BİLİK O ZAMAN DƏYƏRƏ ÇEVRİLİR Kİ....

Bu yazı Bakı şəhəri 162 nömrəli tam orta məktəbin kimya müəllimi Mahirə Nuriyevanın iş təcrübəsindən bəhs edir.

MƏNƏVİ BORCUMUZ

Bu yazı Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın ibtidai sinif müəllimi Şəcahan Ramazanovanın iş təcrübəsindən bəhs edir.
ŞAGİRDLƏRİN  VƏTƏN SEVGİSİ
Bu yazı Füzuli rayonu 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Vüsalə Hüseynovanın iş təcrübəsindən bəhs edir.


TƏHSİL ŞURASI İMİŞLİDƏ ELMİ-TƏCRÜBİ KONFRANS KEÇİRDİ
20 may 2017 – ci il tarixdə Azərbaycan Təhsil Şurası İmişli şəhərindəki Heydər Əliyev adına Mərkəzdə bu rayonun Təhsil Şöbəsi ilə birlikdə “Təcrübə mübadiləsi məqsədilə tədrisdə ənənə və müasirliyin nəzərə alınması” mövzusunda elmi – təcrübi konfrans keçirdi. 

AQRAR UNİVERSİTET YENİ İNKİŞAF MƏRHƏLƏSİNDƏ
 Azərbaycan Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərovun dəvəti ilə 15 – 17 may 2017 – ci il tarixlərində bu təhsil ocağında qonaq oldu.

USTAD MÜƏLLİMİN USTAD DƏRSİ
Şuşa Rayon Təhsil Şöbəsinin məsləhətçisi Əyyub Əbdüləzimovun (Şırlanlı)  Ramana qəsəbəsində yerləşən  Malıbəyli kənd 1№li tam orta məktəbdə 11-ci sinifdə təşkil etdiyi ustad dərsi Şəhriyarın həyat və yaradıcılığına həsr olunub.

VAQİFİN DƏ ÖZ DÜNYASI VARDI...
Bu yazı uzun illər Neftçala rayon qəzetinə rəhbərlik etmiş Vaqif Əliyevin ömür yolundan bəhs edir.

İBTİDAİ SİNİF MÜƏLLİMLİYİ MÜƏLLİMLİK PEŞƏSİNİN ZİRVƏSİDİR
Yazı Bakı şəhəri Nəsimi rayonu 164 saylı tam orta məktəbin müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Qafilə Əliyevaya həsr olunur...

HƏYAT QƏDƏR REAL
Bu yazı İradə Məlikovanın iş təcrübəsindən bəhs edir.

TƏHSİL ŞURASI GÜRCÜSTANDA BEYNƏLXALQ ELMİ-TƏCRÜBİ 
KONFRANS KEÇİRDİ
07.11.2014-cü il tarixdə Azərbaycan Respublikası Təhsil Şurası Gürcüstanın Kabuletti şəhərində Azərbayan müəllimlərinin iştirakı ilə Beynəlxalq-Elmi-Təcrübi Konfrans keçirdi.


VAQIF VI ŞAHİN QARDAŞLARI RUSİYADA ÇEMPİON OLDULAR
Qısa müddət ərzində böyük uğurlara imza atan qardaşlar Vilayətdə əlbəyaxa döyüş növü üzrə ən yaxşı idmançılar sırasına çıxıblar. 50 kiloqramda döyüşən Vaqifin məşqçisi Yevqeni İvanoviç Vasilyev, 70 kiloqramda döyüşən Şahinin məşqçisi isə İxtiyar Bəxtiyar oğlu Axundovdur

"SÖZ" JURNALI "İŞIQ" ƏSƏRİNDƏN BƏHS ETDİ...
2013-cü ilin oktyabr ayında "Atatürk" mərkəzində "İşıq" kitabımın təqdimatı oldu. Təqdimat haqqında "Söz" jurnalında yazı dərc olundu.


USTAD DƏRSİ
Bu yazıda Respublikanın əməkdar müəllimi Həqiqə Məmmədovanın iş təcrübəsindən bəhs edir. 

AZƏRBAYCAN DİLİNƏ, ƏDƏBİYYATA SEVGİDƏN  YARANAN DƏRS
Bu yazı Lənkəran şəhər 8 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Münasib Nuriyevin iş təcrübəsindən bəhs edir.

O HƏR BİR ŞAGİRDİNİN QƏLBİNƏ ONLARIN GƏLƏCƏK ARZULARININ  RƏSMİNİ HƏKK EDİRDİ
Bu yazıda Nəsimi rayonundakı 240 saylı tam orta məktəbin müəllimi Pəri Qasımova haqqında bəhs olunub

286№-li TAM ORTA MƏKTƏBİN PEDAQOJİ KOLLEKTİVİ VƏ ŞAGİRDLƏRİ GÖRKƏMLİ ALİMLƏRLƏ GÖRÜŞDÜ 
Görüş cəmiyyət üçün aktual olan mövzuya həsr olunmuşdu
"Təhsil və zaman" qəzeti 07.01.2017.

DÜNYANIN DÖYÜNƏN ÜRƏYİ
Bakı şəhəri Xətai rayonu 165 nömrəli tam orta məktəbin kimya müəllimi Xədicə Eyvazovanın təşkil etdiyi “Kimya aləminə səyahət” adlı gecədən qeydlərim...


II DÜNYA VƏ QARABAĞ MÜHARİBƏSİ İLƏ BAĞLI ARAŞDIRMA
Bu yazım Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta məktəbin tarix müəllimi, 2015-ci ildə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Seyyub Əsədovun iş təcrübəsindən bəhs edir.


AİLƏ, MƏİŞƏT VƏ CƏMİYYƏT
 Bu gün cəmiyyəti narahat edən ən aktual mövzulardan biri də mənim fikimcə ailə və məişət problemidir.Gündəlik həyatımızda bu problemlə tez-tez qarşılaşırıq. Bu gün tez-tez rast gəlinən ailələrin dağılmasına, ailə faciələrinə səbəb nədir? Bunu yaradan səbəblər çoxdur:ailədə hüquqların qorunub saxlanılmaması, qadın - kişi münasibətləri, ailənin sevgi üzərində qurulmaması, ailə başçısının sosial və maddi vəziyyətə görə digər ölkələrə üz tutması və.s. Bütün bunlar ailənin dağılmasına gətirib çıxardır. Ailənin cəmiyyətdə rolu böyükdür.

UĞUR VERİLMİR-UĞUR QAZANILIR
Bir insan heç vaxt hara getdiyini bilmədiyi zamankı qədər uzun yol gedə bilməz.
(Oliver Kromvel)

Həyatda uğur qazanmaq üçün bəzən bizə nə lazımdır, deyə düşünürük. Uğur nədən başlayır? Uğur əldə etmək üçün bilik, bacarıq, zəhmət və daha nələr vacibdir? XXI əsrin tələblərindən yanaşsaq uğur qazanmaq üçün vacib amillərin sırasında ən ümdə məsələ Məqsəddir. Nədir məqsəd ?

SÜLEYMAN ƏSGƏROV - 90
Ləyaqətli ömrü boyu müxtəlif nəsillərdən olan insanların xoşbəxt gələcəyi, musiqi mədəniyyətimizin inkişafı naminə yorulmadan çalışan bəstəkar Süleyman Əyyub oğlu Ələsgərovun anadan olmasının 90 illiyi tamam olur. 22 fevral 1924-cü ildə Şuşada anadan olan Süleyman Ələsgərov Tanrının xalqımıza bəxş etdiyi qənimət insanlardan idi. 

ŞƏXSİYYƏT VƏ ZAMAN
AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor, Millim Məclisin deputatı Yaqub Mikayıl oğlu Mahmudovu anadan olmasının 75 illiyi münasibətilə təbrik edir, ona möhkəm gümrahlıq, yeni-yeni uğurlar arzulayırıq. 

HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.

İŞIĞA DOĞRU APARAN YOL
         Müasir dövrdə ictimai-siyasi, sosial-iqtisadi və mədəni-mənəvi proseslərdə baş verən böyük dəyişikliklər, heç şübhəsiz, insanların fərdi həyatına da nüfuz edir. Bu yolda indiki məqamlarda sözün böyük mənasında ziyalı olmaq, mədəni-mənəvi xislət sahibinə çevrilmək, milli ruh və ideyalara söykənmək hər birimizdən mətin iradə, yüksək əzmkarlıq, coşqun ruh tələb edir.


PƏRİ QASIMOVA HAQQINDA 
Hər bir fəaliyyətin əsasında ideya, hər bir ideyanın əsasında isə yenilik dayanır. Fəaliyyət o zaman özünün müsbət nəticəsini verir ki, yeniliklərlə müşaiyət olunsun, müasirliyə söykənsin. Təhsil elə bir sahədir ki, burada qabaqcıl ənənələrə, yeniliklərə istinad etmədən fəaliyyəti günün tələbləri səviyyəsində qurmaq mümkün deyil. Mən uzunmüddətli müşahidələrim nəticəsində yenilikçi fəaliyyəti özünün iş prinsipinə çevirən çox müəllimlər tanımışam. 

AKADEMİK ƏYYUB BƏŞİROVDAN TÖVSİYƏLƏR
Heyvandarlıq fiziologiyası sahəsində dünyada məşhur alim akademik Əyyub Bəşirov son illərdə insanın uzunömürlülüyü problemi üzrə araşdırmalar aparır. O, artıq bir sıra əməli nəticələr almışdır. Qənaətlərini birinci növbədə öz üzərində tətbiq edir.

ELMİ DÜŞÜNCƏNİN YAŞAMASI ÜÇÜN ZAMAN SÜZGƏCİNDƏN KEÇMƏSİ ƏSAS ŞƏRTDİR
Tusinin kitabxanasında üç pəncərə var idi. Üç tərəfdən otağa günəş işığı sanki bir hikmət kimi süzülürdü. Gündüzlər hər bir pəncərədən divar boyunca düzülmüş kitabların üzərinə şəfəq saçırdı. Gecələr isə otağı şam işığı aydınladırdı. Döşəməyə üzəri buta naxışlı palaz salınmışdı. Qədmi əlyazmaların düzüldüyü rəf kitabxananın baş tərəfində idi. Yan rəflərə nisbətən müasir dövrün kitabları və Tusinin öz əsərləri düzülmüşdü. Əjdər onları müşahidə edərkən içində hiss edirdi ki, hər bir əsər elə bil ki, ona Tusinin gözləri ilə baxır. Hər bir əlyazma müəllifinin ruhu elə bil ki, otaqda dolaşır. Əjdər kəndlərindəki kiçik, amma zəngin kitabxananı xatırladı. Yadındaydı tez-tez kitabxanaya gedərdi.

"MÜƏLLİM GÜNÜ" HAQQINDA (qısa tarixçəsi)
5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur.


YAXŞILAR CƏRGƏSİNDƏ
Təhsil Şurası erməni silahlı qüvvələrinin işğalından sonra köçkünlük həyatı yaşamağa məcbur olan təhsil ocaqlarımızla tanışlığı davam etdirir. Rubrukamızın bu dəfəki qonağı Zəngilan rayon 26 nömrəli tam orta məktəbdir.

DÜNYANIN QABAQCIL TƏHSİL SİSTEMLƏRİ
Azərbaycan respublikası öz tarixi müstəqilliyinə qovuşandan bəri böyük inkişaf yolunu keçmişdir. Arxada qoyduğumuz bu 24 ildə çox uğurlara nail olmuşuq: dövlətçiliyimiz möhkəmlənmiş, bölgənin ən güclü iqtisadiyyatını qurmuşuq, dünya arenasında nufuz qazanmışıq. 

"İRS" VƏSAİTLƏRİ ŞAGİRD NAİLİYYƏTLƏRİNİN SIRASINI GENİŞLƏNDİRMƏK MÜMKÜNDÜR
 Solmaz Amanovanın adı Azərbaycanın təhsil ictimaiyyətinə uzun müddətdir ki, tanışdır. Özünün orijinal, müasir tədris vəsaitləri, elektron dərs nümunələri ilə müəllim və şagirdlərin marağına səbəb olan Solmaz Amanova, sözün həqiqi mənasında, qeyri-adi yaradıcılıq manerasına malik olan müəllim, metodist, şair, bəstəkar, multimedia vasitələri üzrə istedadlı mütəxəssisdir. Son illər Solmaz Amanovanın hazırladığı vəsaitlər artıq Azərbaycanın sərhədlərini aşaraq dünyada tanınmağa, eyni zamanda, rəğbətlə qarşılanmağa başlayıb.

KREATİV DÜŞÜNCƏ VƏ TƏHSİLDƏ ROLU
Xülasə: Kreativlik nədi, kreativlik tarixi, onun təhsildə rolu və əhmiyyətini açıqlamağa çalışmışam. Eyni zamanda Azərbaycanda kreativ düşüncə tarixinə qısaca nəzər yetirərək bu ənənənin müasir təhsil sistemimizdə və təlimin təşkilindəki rolunu vurğulamışam.

MİLLİ İSTİQLAL DƏRSİ
Bu yazı Sumqayıt şəhərindəki 5 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəlalə Məmmədovanın iş təcrübəsindən bəhs edir.

YENİ SUVAGİL MƏKTƏBİ: DÜNƏN, BU GÜN
Rayon mərkəzindən 22 kilometr uzaqlıqda yerləşən Yeni Suvagil kəndi Alazan-Həftəran vadisində qərar tutub. Kənddəki Mina Nəzirova adına 1 nömrəli tam orta məktəbin əsası 1924-cü ildə qoyulub. 


Комментарии