https://boyukagamikayilli.blogspot.com/2017/06/thsil-suras-imislid-elmi-tcrubi.html

20 may 2017 – ci il tarixdə Azərbaycan Təhsil Şurası İmişli şəhərindəki Heydər Əliyev adına Mərkəzdə bu rayonun Təhsil Şöbəsi ilə birlikdə “Təcrübə mübadiləsi məqsədilə tədrisdə ənənə və müasirliyin nəzərə alınması” mövzusunda elmi – təcrübi konfrans keçirdi. Konfransı giriş sözü ilə İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov açaraq Təhsil Şurasının İmişlidə konfrans keçirmək təşəbbüsünü alqışladıqlarını, müəllimlərin bu tədbirə böyük həvəslə qatıldıqlarını dilə gətirdi. O, vurğuladı ki, konfransın mövzusu müasir dövr üçün aktualdır və İmişli müəllimlərinin burada qaldırılan məsələlərdən bəhrələnəcəyi labüddür. O, məruzə üçün sözü Təhsil Şurasının sədri, professor Əjdər Ağayevə verdi.
Professor Əjdər Ağayev öncə konfransda iştirak etmək üçün İmişlidə olan Təhsil Şurasının nümayəndələrini, biologiya elmləri doktoru, professor Məmməd Qarayevi, “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllını, Şuranın üzvü, Azərbaycan Texniki Universitetinin müəllimi Arif İbrahimovu iştirakçılara təqdim etdi.
Professor Əjdər Ağayev konfransda “Tədrisdə ənənə və müasirliyin vəhdətdə nəzərə alınması” mövzusunda məruzə etdi. Vurğuladı ki, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” ölkədə təhsilin inkişafı üçün münbit mühit yaradıb. Bu mühitdən səmərəli istifadə etmək biz təhsil işçilərindən asılıdır. O, Təhsil Şurasının son illər həyata keçirdiyi, təhsilimiz üçün önəm daşıyan tədbirlərindən söz açdı. Öncə “Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” mövzusunda beynəlxalq konfranslara diqqət çəkdi. Vurğuladı ki, Təhsil Şurasının bu mövzu ətrafında Gürcüstanda, eləcə də Ukraynanın Lvov şəhərində keçirdiyi beynəlxalq konfranslar istər Azərbaycanlı, istərsə də Ukraynalı, Gürcüstanlı müəllimlərin maraq dairəsində olub. Konfrans iştirakçıları öz ölkələrinin təhsil, təlim-tərbiyə nailiyyətlərindən, qarşıda dayanan problem və vəzifələrindən bəhs edərək təcrübə mübadiləsi aparmış, əməkdaşlıq haqqında memorandum imzalamış, gələcək əməkdaşlıq üçün perspektiv müəyyənləşdirmişlər.
Əjdər Ağayev vurğuladı ki, Təhsil Şurasının həyata keçirdiyi respublika elmi – təcrübi konfranslarında da müəllimlər böyük maraqla iştirak edirlər. O, Qabaqcil müəllimlərin Birinci Respublika Forumundan, Məktəbəqədər təhsil işçilərinin birinci Respublika Forumundan, “İbtidai sinifdə tədris: yeni yanaşmalar, innovasiyalar” mövzusunda elmi – təcrübi konfransdan bəhs edərək, burada qaldırılan məsələlərin aktuallığına diqqət yönəltdi. Ümidvar olduğunu bildirdi ki, Təhsil Şurasının İmişlidə üçüncü dəfə keçirdiyi konfrans da Şuranın digər elmi məclisləri kimi yaddaşlarda qalacaq.
Əjdər Ağayev vurğuladı ki, son dövrlər bəzi sosial şəbəkələrdə uşaq və gənclərin mənəvi sağlamlığına, psixikasına mənfi təsir göstərən amillər çoxalmışdır. Bu amillər uşaq və gənclərin mənəvi durumuna mənfi təsir göstərməklə, müxtəlif problemlərin yaranmasına yol açır. Müəllimlər və valideynlər uşaqların mənəviyyatını zərbə altında qoya bilən təsirlərdən qorumalıdırlar. Bu mənada konfransda səsləndiriləcək fikirlər də önəm daşıyacaq.
Əjdər Ağayev qeyd etdi ki, biz təhsilimizi nə qədər müasir əsasda qursaq da, onun ənənədən gələn təməllərini, zəngin köklərə dayanan tarixini unutmamalı, işlərimizi bu koklər üzərində qurmaqla inkişafımıza nail olmalıyıq. Ənənə və müasirliyin vəhdətinin təmin olunmasına üstünlük verməliyik. Ənənənin də, müasirliyin də ən yaxşı cəhətlərini götürməli, onu tətbiq etməli və ən əsası, elmə söykənərək, onların tətbiqinə nail olmalıyıq. Mənəviyyat kökdən gəlir. Biz mənəvi dəyərləimizə əsaslanıb, məktəbdə ruhi tərbiyəyə önəm verməliyik. Ruhu mənəvi dəyərlərimiz baxımından tərbiyə etməliyik. Müəllim olaraq insanı, insanın mənəvi dünyasını görməyi bacarmalıyıq. Bu da pedaqoji elmə əsaslanır. Pedaqogika insan düşüncəsini öyrənir. Müəllim pedaqogikanı dərindən bilməlidir ki, uşaqla işləyə, təlimi onun arzu və istəkləri səviyyəsində qura, hər bir şagirdə uyğun yanaşma tapa bilə. Əjdər Ağayev qeyd etdi ki, dünənə və bu günə vəhdətdə baxmalıyıq. Ənənəyə söykənməsək inkişaf edə bilmərik. Bizim yüz illər öncə yaranmış, inkişaf etmiş, milli – mənəvi dəyərlərimizə, adət - ənənələrimizə əsaslanan, əsrlərin sınağından çıxaraq bugünümüzə qovuşan təlim – tərbiyə təcrübəmiz, təlim metod və yanaşmalarımız mövcuddur. Biz müəllim olaraq hər zaman o metodlara istinad etmiş və təlimdə uğurlar əldə etmişik, deyən, professor Əjdər Ağayev özünün uzun illik müəllimlik təcrübəsində yararlandığı təlim metodlarından, bu metodların əhəmiyyətindən bəhs etdi. Qeyd etdi ki, müəllimin dərs prosesində yaranmış şəraitə, şagirdlərin mənəvi psixoloji durumuna müvafiq tətbiq etdiyi təlim metodu ən yaxşı təlim metodu hesab oluna bilər. Əgər 1000 təlim metodu varsa, müəllimin şəraitə müvafiq yaratdığı 1001 – ci metod həmin məqam üçün ən yaxşı metoddur.
Əjdər Ağayev vurğuladı ki, şagirdin sağlam böyüməsi bu gün cəmiyyətin və təhsilin ən aktual problemidir. Uşağın fizioloji inkişafı dərs prosesində, eləcə də dərsliklərin yazılmasında nəzərə alınmalı olan ən mühüm məsələdir. O, bugünkü konfransda iştirak edən professor Məmməd Qarayevin məruzəsinin də məhz şagirdlərin fizioloji – psixoloji xüsusiyyətləri ilə bağlı olduğunu diqqətə çatdırıb məruzə üçün sözü M.Qarayevə verdi.
Professor Məmməd Qarayev “Şagirdlərin fizioloji – psixoloji xüsusiyyətləri və onlara təlim prosesində diqqət yetirilməsi” mövzusunda çıxışında ilkin olaraq vurğuladı ki, dərs tapşırıqlarının həddən ziyadə çoxluğu uşaqları dərsə hazırlaşmaqdan yayındırır. Həddindən artıq tapşırıqla yüklənən şagirdin asudə vaxtı qalmır. Nəticə etibarilə uşaq təmiz havada olmaq, hərəkət etmək imkanından məhrum olur ki, bu da onun sağlamlığına mənfi təsir göstərir. Bir qrup şagird müəllimin verdiyi tapşırığın çoxluğunu və onun öhdəsindən gələ bilməyəcəyini görüb tamamilə hazırlaşmır. Digər qrup şagirdlər sağlamlıqlarının hesabına hazırlaşır. Nəticədə sağlam ruhlu, sağlam bədənli, sağlam şüurlu kadrlar hazırlamaq əvəzinə, xəstə, qismən bilikli, qismən biliksiz kadrların yetişməsinə şərait yaradırıq. Sağlamlıq olmayan yerdə təlimdən, təhsildən danışmaq yersizdir. Sinifdə olan şagirdlərin hər biri ayrıca fərddir. Müəllimin ustalığı, Əjdər Ağayevin də dedyi kimi, odur ki, uşaqların hər birini tanısın və onların hər birinə fərdi psixoloji xüsusiyyətləirnə görə yanaşsın.
Məmməd Qarayev qeyd etdi ki, uşaqların yaş mərhələrinin, fizioloji inkişaf xüsusiyyətərinin nəzərə alınması təlim prosesində mühüm amildir. Hər bir valideyn, hər bir müəllim uşağın fizioloji inkişafının xüsusiyyətlərini bilməlidir. Əks təqdirdə onun inkişafına dəstək verə bilməz. Fiziki inkişafı, ümumiyyətlə, məktəb həkimi müəyyənləşdirməlidir. Lakin müəllim və valideyn hər gün uşaqla təmasda olur. Təcrübəli müəllim uşağa baxan kimi onun normal inkişaf edib etmədiyini bilməli və lazımı tədbirləri nəzərdə tutmalıdır. Fizioloji inkişaf normal getmirsə, o uşaqdan uğur gözləmək olmaz.
Professor Məmməd Qarayev uşağın fiziki inkişafının şərtlərindən, bu sahədə aparılan tədqiqatlardan, fiziki inkişafın xüsusiyyətlərindən bəhs edərək vurğuladı ki, müəllimlər və valideynlər məhz bu xüsusiyyətləri nəzərə alıb uşaqlara yanaşmalıdır. Bu gün nəinki uşaqların, hətta böyüklərin də arasında iradəsizlik özünü geniş göstərməkdədir. Uşaq və gənclərdə iradi keyfiyyətlərin formalaşdırılması bu gün müəllim və valideynlərin ən mühüm vəzifələrindəndir. İradəsizlik insanların sağlamlığına ciddi zərbə vurur. Amma ibtidai sinifdə iradi keyfiyyətlər formalaşdırdıqda, ömrünün sonuna qədər insanın həyatına özünün müsbət təsirini göstərir.
Professor Məmməd Qarayev müəllimlərin diqqətini uşaqların böhranlı dövrlərinə yönəldərək, bu dövrdə xüsusilə diqqətli olmağın vacibliyini vurğuladı. Eləcə də bu istiqamətdə müvafiq tövsiyələrini verdi, problemin elmi mahiyyətini izah etdi. Uşaqların qidalandırılmasının, hərəkət etmə tempinin, gigiyenasının, uşağın əyləşdiyi masanın, sinfin ekologiyasına riayət olunmasının, uşağın işə alışdırılmasının da onların inkişafında mühüm rol oynadığını qeyd edərək, müəllimlərin bu istiqamətdə valideynlərə dəstək olmasının vacibliyini vurğuladı.
İmişli Rayon Təhsil Şöbəsinin müdir müavini Vahid Tağıyevin “Tədris prosesində tərbiyə amilinin nəzərə alınması” mövzusunda çıxışı maraqla qarşılandı. O, öncə Təhsil Şurasının İmişli Təhsil Şöbəsi ilə hələ 2005 – ci ildən yaradılmış əlaqələrindən, bu əlaqələr çərçivəsində İmişlidə iki dəfə Respublika konfransının keçirildiyini və bunların böyük əhəmiyyət daşıdığını vurğuladı.
Vahid Tağıyev söylədi ki, tərbiyədə birinci yerdə şəxsiyyət amili dayanır. Şəxsiyyət şəxsiyyət, xarakter xarakter tərbiyə edə bilər. Tərbiyə nümunə, əyanilik sevir. Məktəbdə də tərbiyə işinin ən böyük məsuliyyəti məktəbin pedaqoji kollektinin üzərinə düşür. Şagirdin sevdiyi, öz əxlaqi-mənəvi keyfiyyətləri ilə nümunə olan müəllim onun üçün əsl tərbiyə məktəbidir.
Vahid Tağıyev vurğuladı ki, tərbiyə sahəsində görülən işlər son illər məktəblərdə nizam intizamın möhkəmlənməsinə yol açıb. “Biz məktəblərimizdə ilk növbədə tərbiyə məsələlərinə üstünlük verməliyik. Yüksək biliyin əldə edilməsi özü də bir çox tərbiyəvi – iradi keyfiyyətlərlə bağlıdır. Təlim və tərbiyə həmişə paralel qoyulan məsələdir. Seneka deyirdi ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq. Bu həmişə belə olub. Amma əslində bizim verdiyimiz təhsilin təməlində şəxsiyyətin yüksək əxlaqi keyfiyyətlər fonunda tərbiyə olunması dayanmalıdır. Biz, ailədən, məktəbəhazırlıqdan, nəhayət məktəbdən başlayaraq şagirdin, övladlmızın daha yaxşı oxumasına, daha yaxşı yaddaşa sahib olmasına çalışırıq. Əksər hallarda tərbiyəni unuduruq. Tərbiyə qabarıq şəkildə qoyulmalıdır. Şagirdə, şəxsiyyətə qiymət verəndə birinci növbədə onun tərbiyəsini nəzərə almalıyıq. Baxırsan, yüksək balla ali məktəbə qəbul olub, amma tərbiyəsində nə qədər qüsur var, deyə Vahid Tağıyev vurğuladı. Vahid Tağıyev məktəbdə tərbiyəvi işlərin təşkili ilə bağlı müvafiq təklif və tövsiyələrini verdi. İmişlinin təhsil ocaqlarında bu istiqamətdə görülən işlərdən bəhs etdi.
Konfransda daha sonra İmişli şəhər 7 nömrəli tam orta məktəbin biologiya müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Leyli Əliyeva “İKT-dən səmərəli istifadənin təlimin keyfiyyətinin artırılmasında rolu”, İmişli şəhər 1 nömrəli tam orta məktəb – liseyin psixoloqu Pərvanə Dəmirova “Təlim – tərbiyə prosesində uşaqların əqli imkanları və psixoloji xüsusiyyətləri” mövzusunda çıxış etdilər. Konfrans məruzələr və çıxışlar ətrafında davam edib, məruzəçilərə ünvanlanmış sualların cavablandırılması ilə sona çatdı.
Böyükağa MİKAYILLI

Комментарии
Отправить комментарий