GÖRÜŞLƏR

"TƏHSİL TAMAMİLƏ PULSUZ OLMALIDIR" -MÜSAHİBƏM
Bu gün biz, dünyada önənişsiz təhsil verən universitetlərə rast gəlirik. Amma bunun müəyyən şərtləri var. Məsələn, Almaniyada ödənişsiz təhsili alman, Çexiyada çex, Polşada polyak dilində ala bilərsən. Almaniyanın dövlət statuslu ali məktəblərinin əksəriyyətində təhsil bu ölkənin vətəndaşları üçün pulsuzdur. Özəl ali məktəblərdə təhsil pullu olsa da, bu böyük məbləğ deyil, 500-1000 avro arası dəyişir. Bununla yanaşı, sosial vəziyyətə görə də xeyli güzəştlər nəzərdə tutulur. Məsələn, əlillik dərəcəsi olanlar, maddi durumu aşağı olan ailələrin övladları tam ödənişsiz təhsil alırlar. Güzəştlər özəl sektorda da var. Beləki, 14 yaşından kiçik övladı olanlar, çoxuşaqlı ailələrdən, ailə üzvlərindən biri ağır xəstə olanlar təhsil haqqından tam azaddırlar. Polşada hamiləliyə görə məzuniyyətdə olan qadınlar üçün xüsusi təqaüd nəzərdə tutulur.Ümimiyyətlə tədqiqatlar göstərir ki, təhsilə dövlət tərəfindən ayrılan vəsait artdıqca, tələbələrin təhsil haqları azalır. Ödənişsiz təhsili həyata keçirmək üçün universitetin çox geniş maddi resursları, söykənə biləcəyi dayanıqlı maddi bazası da olmalıdır.


Uluslararası Final Universiteti - qlobal rəqabətə doğru
Professor doktor Abdullah Yücel Öztoprakla, pəncəsindən Quzey Kıbrısın bərəkətli torpaqları görünən kabinetində görüşdük. Girnə şəhərinin br neçə kilometrliyində-Çatalköydə yerləşən Uluslararası Final Universiteti (UFU) yaraşıqlı binası ilə bərq vurub uzaqdan diqqəti cəlb edir. 

...DÜNYA   BİZİ   DUYACAQ
Müsahibim Azərbaycan – Kıbrıs Türk Dostluq Cəmiyyətinin sədri, Qlobal Karyera İnstitutunun direktoru Orxan Həsənoğludur. 


Mohammed Salem: “Vollongong bir dünya Universitetidir”

“Biz bu Universiteti Şərqin zəngin elm və təhsil ənənələrinə söykənib yaratdıq. Biz istəyirik ki, burada Şərqin zəngin mədəniyyəti, elm və təhsil ənənələri ilə dünyanın qabaqcıl texnologiyalarının sintezindən, sivilizasiyaların vəhdətindən yaranan bir Univeristet quraq.”
Müsahibim Avstraliyanın Vollongong Universiteti Dubay filialının prezidenti, professor Mohammed Salemdir. 

"BİR SƏMA ALTINDA" KİTABININ UKRAYNADA TƏQDİMATI

TƏHSİLDƏ BEYNƏLXALQ TƏCRÜBƏ MÜBADİLƏSİ LAYİHƏSİ
Dünyanı görmək azdır, onu duymaq gərəkdir... 
- Biz istıyirik ki, yaradıcı müəllimlərin şəbəkəsini yaradaq. Ətrafımızda elə bir yaradıcı mühit formalaşdıraq ki, hər bir müəllim orada öz sözünü deyə, fikir mübadiləsi apara, öz təcrübəsini bölüşə bilsin.







Комментарии