"BİR SƏMA ALTINDA" KİTABININ UKRAYNADA TƏQDİMATI

TƏHSİLDƏ BEYNƏLXALQ TƏCRÜBƏ MÜBADİLƏSİ LAYİHƏSİ
Biz nə üçün bu yola çıxdıq...

Beynəlxalq əməkdaşlıq və xarici tərəfdaşlarla təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində beynəlxalq təcrübə mübadiləsi Azərbaycan Respublikası Təhsil Şurasının diqqət yetirdiyi ən ümdə sahələrindən biridir.
Xarici təcrübəyə istinad etmək çox yaxşı haldır. Amma bu o demək deyildir ki, müəyyən ideoloji doktirinaları və ya hansısa pedaqoji sistemləri mexaniki şəkildə qəbul edəsən. Bu ondan ötrüdür ki, müxtəlif xalqların mənəvi dəyərlərini, pedaqoji ənənələrini, təcrübələrini öyrənib, öz təcrübəni zənginləşdirə, pedaqoji texnologiyaların mübadiləsinin stimullaşdırılmasına təkan verəsən.
Təcrübə mübadiləsinə bizim bir-birimizin təcrübəsindən istifadə edərək inkişafımıza təkan verən amil kimi yanaşmalıyıq. Biz gənclərimizə milli-mənəvi dəyərlərimizi, eləcə də bəşəri dəyərləri aşılamalıyıq. Biz gənclərimizdə insana, bəşəriyyətə sevgi hissi oyatmalıyıq. Biz elə etməliyik ki, böyüyən nəsil dünyanı tanısın, insanlara milliyətindən,
irqindən asılı olmayaraq sevgi ilə yanaşsın, yaxşını pisdən seçə, hər kəsin dəyərini verə bilməyi bacarsın. Bizim də, sizin də təhsil sistemimizin elmi əsasında bu amillər dayanır. Amma bizim də, sizin də elə nailiyyətləriniz var ki, biz onları öyrənməklə, daha da irəli gedə, daha böyük uğurlar əldə edə bilərik. Ona görə də nə üçün bir-birimzi öyrənməyək, bir-birimizin ürəyini görməyək, hisslərini, arzularını duymayaq...
На данном изображении может находиться: Böyükaga Mikayıllı, сидитHəyat bilik üzərində qurulur, bilik isə təhsil vasitəsilə verilir. Amma həyat yalnız bilikdən və təhsildən ibarət deyil. Həyat insanlardan, insanların mənəvi dünyasından, onun dünyaya baxışlarından da ibarətdir. Biz bu mənəvi aləmləri, biz dünyaya baxışları sevgi üzərində  formalaşdırmalıyıq.  Bəşəriyyəti insan, onun təhsili və mənəvi aləmi idarə edir. Biz təhsildə beynəlxalq əməkdaşlığı gündəmə gətirməklə nəyə nail olmaq istəyirik? Biz istəyirik ki, ilk növbədə xalqlar bir-birilərinin mənəviyyatına, tarixinə, dünyagörüşlərinə, mədəniyyətlərinə bələd olsunlar. Bir-birilərini tanısınlar. Bir – birilərinin tarixini bilsinlər və bunun fonunda bir-birilərinin təhsil təcrübəsini mənimsəsinlər, onun mütərəqqi tərəflərindən bəhrələnsinlər. Biz Finlandiya təhsilinin böyük uğurundan danışırıq, onu çox bəyənirik. Fin təhsilinin əsasında yadplanetlilər dayanmırlar. Onu fin təfəkkürü, fin müəllimi, fin içtimai-sosial mühiti – Fin insanı  yaradıb. Təcrübə mübadiləsi imkan verir ki, biz mükəmməl nəticəyə gətirib çıxarmış  səbəbləri öyrənək. Biz “Şir balası” Tədris Raeblitasiya Mərkəzinin yaradıcısı, mükəmməl elmi-sosial əsasa malik müəllif məktəbinin yaradcısı Vira Remajevskayanın təcrübəsini çox bəyənirik. Azərbaycanda artıq onu tanıyırlar. Əgər biz təcrübə mübadiləsi aparmasaydıq, xanım Viranı Azərbaycanda çox gec tanıyacaqdılar. Siz LÜTFÜ Zadə haqqında eşitmisinizmi? O, görkəmli Azərbaycanlı alimdir. Lütfü Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi dünyada texnologiyanın inkişafında inqilaba yol açıb. Yaponiya, Amerika kimi böyük dövlətlər qeyri-səlis məntiq nəzəriyyəsindən milyardlarla gəlir əldə edirlər.  Təcrübə mübadiləsi imkan verir ki, biz görkəmli şəxsiyyətlərimizi tanıyaq. Onların həyatını öyrənək. O həyatları ki, onlar gənclərin ilham mənbəyinə çevrilə, onları elmə ruhlandıra bilər. Burada mətbuatın da rolunu xüsusi qeyd etməliyəm.  Mən düşünürəm ki, elmi, təcrübi konsepsiyalarımızı öz mətbuatlarımızda təhlil etməliyik. Azərbaycan təhsilinin çox mütərəqqi cəhətləri var. Biz istəyirik ki, təcrübə mübadiləsi vasitəsilə siz onları öyrənəsiz. Sizin də fəaliyyətinizin əhəmiyyətli tərəfləri çoxdur. Mən artıq Vira Remajevskayanın adını çəkdim. Ukraynanın zəngin elmi-pedaqoji ənənələri var. Sizin pedaqoqların yaratdıqları pedaqoji məktəblər dünyanın məktəb və pedaqoji fikir tarixini zənginləşdirir. Bu ənənələr üzərində müasir Ukraynanın özünəməxsus məktəb modeli yaranır. Ukrayna Çap Akademiyasi dünya üçün əhəmiyyətli bir elm və təhsil ocağıdır. Texnologiya inkişaf etdikcə özü ilə bərabər çap sənayesini də inkişaf etdirir. Azərbaycanda da çap səneyesində böyük irəliləyişlər müşadifə edilir. Bu sahədə ali təhsil ocağı isə yoxdur. İstərdik ki, Azərbaycanda da belə bir təhsil ocağı yaradılsın. Şevçenko adına Kiyev Milli Universiteti, Xarkov Aviasiya Akademiyasının Azərbaycanda böyük nüfuzu var. Azərbaycanlı gənclər orada təhsil almağa maraq göstərirlər.

Qarşılıqlı təcrübə mübadiləsi, əməkdaşlıq – bu, dünyanın sülh arzularına töhfədirr

Qarşılıqlı təcrübə mübadiləsi, beynəlxalq əməkdaşlıq – bu, dünyanın sülh arzularına, bir-birilərini öyrənmək istəklərinə töhfədirr.  Bu, müasir dünyanın tələbidir. Azərbaycanda “Qara qızıl”ın “Insan kapitalına” çevrilməsi ideyası dövlətimizin başçısı cənab İlham Əliyevin əsas məqsədlərindən birini təşkil edir. Bu, insanların mənəvi, sosial inkişafı üçün əsasdır. Biz müəllimlər elə etməliyik ki, dünyanın ürəyini duya, öz gələcəyini qura bilən şəxsiyyətlər formalaşdıraq. Mən sizin bəzi məktəblərinizlə tanış olmuşam. Verxoviniya məktəb-liseyinin şüarı ürəyi döyündürüb: “21-ci əsrin təhsili hərtərəfli şəxsiyyətlər yetişdirməyə xidmət edir.” MƏN ÇOX SEVİNİRƏM Kİ, Ukraynanin ucqarında təhsilə belə bir yanaşma sərgiləyirlər. Təsəvvür edirsizmi, dünyanın bütün məktəblərini gəzsəz, yeni ideyalarla qarşılaşa bilərsiz. Bu ideyalar bizim işlərimizi irəli aparmağa, eləcə də özümüzün ideyalarımızın yaranmasına yol aça bilər.

Dünyanı görmək azdır, onu duymaq gərəkdir... 

Bizim bugünkü hədəfimiz “Beynəlxalq təcrübə mübadiləsinin” əhəmiyyətinin düşüncələrdə əks olunmasına, onun mahiyyətinin dərk edilməsinə nail olmaqdır. Biz buna nail olsaq bir-birimizi, dünyanı da sevməyə nail olacağıq. Gələcək nəsillərə də bunu öyrədə biləcəyik. Baxın, biz dost olduq, əməkdaşlıq layihəsini meydana gətirdik. Belə bir kitab ərsəyə gətirdik: “Bir səma altında”. Bu kitab bizim sizə, sizin bizə olan sevginizdən, qarşılıqlı əməkdaşlıq arzularımızdan yarandı. Dostlar qazandıq, bir-birimizin qəlbini gördük. Biz şagirdlərimizə elə hisslər aşılamalıyıq ki, onlar dünyanı görə bilsinlər. Müharibələri də, böyük ixtiraları da bizim şagirdlərimiz yaradır. Biz şagirdlərimizə sevgi aşılaya bilsək, gələcəkdə müharibələr olmayacaq, insanlar dünyanı öz evləri biləcəklər, onu sevəcəklər, qoruyacaqlar. Bütün bunlar inteqrasiya, bir-birini tanımaq sayəsində mümkün olur. Gəlin bir-birimizi daha yaxından tanımağa cəhd edək.
Mən istərdim ki, Beynəlxalq Təcrübə Mübadiləsi layihəsini məqsədlərini bir qədər də açıqlığı ilə şərh edim:
- Biz istıyirik ki, yaradıcı müəllimlərin şəbəkəsini yaradaq. Ətrafımızda elə bir yaradıcı mühit formalaşdıraq ki, hər bir müəllim orada öz sözünü deyə, fikir mübadiləsi apara, öz təcrübəsini bölüşə bilsin.
- Düşünürəm ki, Təhsil Şurası ilə Lvov Dövlət Elm və Təhsil Departamenti arasında qurulan əməkdaşlıq əlaqələrini təhsil işçilərinin ümumdünya əlaqələrinin körpüsünə çevirə bilərik. Beləliklə biz Avropa və dünyanın müxtəlif ölkələrindən müəllimləri ətrafa cəlb edə bilərik
- Biz burada öz fəaliyyət Proqramımızı hazırlamalıyıq.
- Biz təklif edirik ki, bzim əlaqələrimizə layiqincə töhfə verən dostlarımız üçün “Beynəlxalq Təhsil Mükafatı” təsis edək. Bu, gələcək fəaliyyət və motivasiya üçün çox mühüm bir addım olar. Bu gün müəllimlərin motivasiyaya çox böyük ehtiyacı var. Ümumiyyətlə dünya özü buna ehtiyac duyur. Bizim bugünkü görüşümüz də elə bizim üçün böyük bir motivasiyadır.
Bizi düşünürük ki, şagirdlərin yaradıcı əlaqələrini təmin edək. Qoy onlar uşaqlıqdan bir-birilərini sevməyə motivasiya olsunlar. Bu, onların multikultural təfəkkürlərinin inkişafı üçün çox önəmli olar. Onlar uşaqlıqdan anlasınlar ki, başqa millətlərə, başqa mənəvi dəyərlərə ehtiramlı olmaq lazımdır. Dünyanın buna çox ehtiyacı var. Uşaqların yaradıcı qabiliyyətlərinin inkişafı təhsil sistemləri üçün, ümumən bəşəriyyətin gələcəyi üçün zəruridir. “Dövlətin gücü və gələcəyi istedadlı vətəndaşlardan istifadə edə bilməyindən asılıdır. İstedadlı gəncləri axtaran, inkişaf etdirən və onlara öz istedadlarını nümayiş etdirməyə şərait yaradan ölkələr həm maddi, həm də mənəvi cəhətdən qazanc əldə edir.”

- Biz fəaliyyət planımızı elə qurmalıyıq ki, ayrı-ayrı ölkələrdə həyata keçirilən təhsil yeniliklərini müəllimlərimiz dərhal öyrənsinlər və onun özləri üçün əhəmiyyətli cəhətlərini mənimsəsinlər.
- Kimisə oxumağa məcbur etmək çox çətindir, amma biz öz şagirdlərimizə dünyanı göstərə bilsək, onun ürək döyüntülərini anlamağa kömək etsək, onlar özləri məktəbi, oxumağı sevəcəklər. Biz bunu o zaman edə bilərik ki, özümüz də istər mənəvi, istərsə də intellektual baxımdan buna hazır olaq.
- Bizim əlimizdə çox güclü bir silah var. Biz bu silahla dünyanı dəyişə bilərik. Bu silah təhsildir. Təhsil elə bir silahdır ki, biz onunla yeni ruh yarada, dünyaya yeni sima bəxş edə bilərik. Biz dinimizi, dilimizi, malik olduğumuz mənəvi dəyərlərimizi dəyişə bilmərik, amma dünyaya böyük sevgi hissi yarada bilərik. BU HİSS İNSANLIĞIN GƏLƏCƏYİ ÜÇÜN ÇOX VACİBDİR.
- Biz bu layihəyə başlayanda hər şey mənə çox çətin görünürdü. Amma bu gün biz beşinci beynəlxalq konfransımızı keçiririk. Bu ona işarədir ki, başladığımız işin əsasında inam, sevgi dayanıb. Baxın, biz övladlarımızı bu ruhda tərbiyə etməliyik. Mənim 10 yaşım olanda jurnalist olmaq həvəsinə düşmüşəm. Mənim müəllimim məni buna ruhlandırmışdı. O, öz istəyinə nail oldu. BU ÇƏTİN OLDU, AMMA OLDU. Baxın biz istəsək şagirdlərimizi şəxsiyyət kimi yetişdirə bilərik. Biz istəsək, səy göstərsək dünyanı dəyişdirə biləcək şəxsiyyətlər yetişdirə bilərik. Bu, bizim əlimizdədir. Gəlin, bir-birimizin əlini buraxmayaq, şagirdlərimizin əlindən tutub onları sabaha aparaq, onlara işıqlı sabaha çatmağın yollarını öyrədək...
Böyükağa MİKAYILLI

(Ukraynanın Lvov şəhərində keçirilən beynəlxalq konfransdakı çıxışım)

     
:

Комментарии