DÜNYANIN TƏHSİL MƏNZƏRƏSİ

AMERİKADA TƏHSİL PROQRAMLARI

Oxucularım üçün Amerikada təhsil proqramlarının maraqlı olacağını nəzərə alıb araşdırmalarıma bu istiqaməti də əlavə etməyi qərara almışam. Görək Amerikada hansı təhsil proqramları var və bu proqramların əhəmiyyəti nədir?

Boyukagha Mikayilli: Janusz Korczak- From legend to reality
While researching Janusz Korczak’s life in front of my eyes enliven the image of a real teacher, intellectual, the great personality who is ready to sacrifice his life for his faith without blinking an eye.  Neither Janusz Korczak’s life, nor his creative works, at last, neither his death can be compared to others’ life, activity or death.


"ŞİR BALASI" UŞAQ REABİLİTASİYA MƏRKƏZİNDƏ
Lviv şəhərindəki “Şir balası” Uşaq Reablitasiya Mərkəzi yalnız Lvivdə və Ukraynada deyil, Avropada da tanınır. Mərkəzin yaradıcısı və direktoru, pedaqoji elmlər namizədi, dosent Vira Remajemska azərbaycanlı qonaqları böyük sevgi ilə qarşılayıb rəhbəri olduğu müəssisənin tarixindən, keçdiyi inkişaf yolundan, zaman-zaman qarşılaşdıqları çətinliklərdən, onların aradan qaldırılması istiqamətində göstərdikləri səylərdən danışdı. 

ALMAN TƏDQİQAT FONDU 
Almaniyanın, eləcə də dünyanın bir sıra qabaqcıl universitetinin qoşulduğu DFG (German Research Foundation, Deutsche Forschungsgemeinschaft) Alman Tədqiqat Fondu (ATF) ictimai təşkilat olaraq ölkədə elmi tədqiqat işlərinin, eləcə də elm sahəsində beynəlxalq layihələrin dəstəklənməsini həyata keçirir. 


İSTEDADLI UŞAQLARLA IŞ – CƏNUBI KOREYA VƏ ÇIN TƏCRÜBƏSI
Bu gün Cənubi Koreya Respublikasının həyatında başlıca yeri təhsil tutur. Bu ölkədə bunu hər addımbaşı hiss etmək mümkündür. Ölkə ABŞ, Çin, Yaponiya, Rusiya kimi qiqant dövlətlərin əhatəsində yerləşir. Texnoloji baxımdan inkişaf edən dövlətlərin əhatəsində keçmişdə qalmaq, gələcək üçün heç bir perspektiv vəd etməz.


Bilik və dünyagörüşü: Sinqapur təhsilinin qoşa qanadı
Biz dünyanın aparıcı təhsil sistemləri, qabaqcıl üniversitetləri ilə bağlı araşdırma apararkən qarşımıza Sinqapur təhsili ilə bağlı maraqlı nüanslar çıxır. Ölkənin orta təhsilindən tutmuş, ali təhsil, aspirantura təhsil pilləsinə qədər, öyrənilməli, tətbiq edilməli məqamlar o qədərdir ki...Odur ki, bunlarla oxucularımızı da tanış etmək qərarına gəldik.

UŞAQLARI ÖYRƏTMƏYİN, KÖMƏK EDİN ONLAR ÖZLƏRİ ÖYRƏNSİNLƏR
Məşhur alim, müəllim, təhsil tədqiqatçısı kimi tanınan  Suqata Mitranın uğurlu eksperimentləri dünyanın təhsil mütəxəssislərinin diqqət mərkəzindədir. Doğrudur, həmkarları onun  konsepsiyasını tez-tez, bəzən kəskinliklə tənqid edirlər, amma Suqata Mitra öz ideyasının elmi cəhətdən daha effektiv əsaslandırılmasını davam etdirdikcə, bu tənqidlər də öz qüvvəsini itirir.

“Dünyanın təhsil mənzərəsi” - Yaponiya təhsili
Birmənalı olaraq demək olar ki, Yapon elminin, texnologiyasının, sənayesinin inkişafının təməlində onun təhsil sistemi dayanır. Deyə bilərsiniz ki, bunu bütün ölkələrə şamil etmək olar. Doğrudur, bu, belədir. Amma Yapon təhsilinin fərqli xüsusiyyətləri var. Ən başlıca fərq, deyərdim ki, bağçalardan başlanan nizam-intizamdır. Heç kəs onları nizam-intizamlı olmağa sövq etmir. Sistem elə qurulub ki, başqa cür olmaq mümkün də deyil. Hər kəs nizam-intizamın arxasınca gedir. Bu, sanki özü də bir müəllimdir.

SUQATA MİTRANIN "BULUD MƏKTƏBİ"
Bu yazım Suqata Mitranın “Bulud məktəbi” haqqında olacaq...
Mitra hesab edir ki, müasir məktəb proqramları məlum faktlar əsasında deyil, cavabı hələ ki, bəlli olmayan suallardan hazırlanmalıdır.


PLAGİATI NECƏ MÜƏYYƏNLƏŞDİRMƏLİ?
Bu yazıda elmi məqalənin plagiatlılığının yoxlanılması məsələlərindən bəhs edəcəyəm. Əslində bu problemin tarixi çox qədimdir. O bütün dövrlərdə aktual olub. Bu baxımdan müasir zaman də istisna deyil. 


Akdenizin incisi - Doğu Akdeniz Universiteti
Lefkoşadakı Mövləvi təkkəsini, Quzey Kıbrıs Türk Cümhuriyyəti qurucularından olan Fazil Kiçiyin ev muzeyini ziyarət edib Qazi Mağusaya yollandıq. Səfərimizin məqsədi bu şəhərdə yerləşən, dünyanın ən yaxşı universitetləri ilə rəqabətə hazır olan Doğu Akdeniz Universiteti ilə tanış olmaq idi. 



Doğu Akdeniz Universitetinin Tibb fakültəsində...
Doğu Akdeniz Universitetinin 2012-2013-cü Akademik ilində fəaliyyətə başlayan Tibb fakültəsi  Kıbrıs Türk Cümhuriyyətinin qurucularından biri olan doktor Fazil Kiçiyin adını daşıyır. 

TARAS ŞEVÇENKO – BÖYÜK MÜƏLLİM

Ukrayna məktəbləri ilə tanışlıq zamanı diqqətimi həmişə xüsusi bir məqam cəlb edirdi. Hansı məktəbə gedirdimsə, Ukrayna xalqının görkəmli oğlu Taras Şevçenko ilə bağlı yeni nə isə öyrənirdim.

YUSIF BALASAQUNLU VƏ ONUN “QUTADQU-BİLİK” ƏSƏRİNİN PEDAQOJİ MAHİYYƏTİ HAQQINDA DÜŞÜNCƏLƏRİM
“Qutadqu-bilik” türk xalqlarının pedaqoji fikir tarixini zənginləşdirən ən qiymətli mənəviyyat abidələrindən biridir. Bu əsər 11-ci əsrdə yaşamış Türk dünyasının böyük mütəfəkkir oğlu Yusif  Balasaqunlu tərəfindən qələmə alınmışdır.  Yusif Balasaqunlunun doğum tarixi haqqında fikirlər müxtəlifdir. Bu tarix ayrı-ayrı mənbələrdə 1010, 1015, 1019, 1025-ci illər kimi göstərilsə  də, böyük alimin doğum tarixi daha çox 1017-ci il kimi qeyd olunur.


Universitet müəllimləri və professorların əmək haqqı barədə...
Araşdırmalarımız göstərir ki, dünyanın ayrı-ayrı ölkələrində ali məktəbdə çalışanların – professor-müəllim heyətinin əmək haqları müxtəlifdir. Bunlar elmi dərəcə, universitetin reytinqi, müəllimin dünyanın aparıcı indeksli jurnallarda nəşr olunan məqalələri, alimin apardığı elmi tədqiqat işinin əhəmiyyətliliyi, kəşfləri, dərc olunan məqalələri və kitabları haqqında yazılan rəylər, tələbələrin münasibəti və digər amillərə əsasən müəyyənləşir. 

Quzey Kıbrıs - “Təhsil adası”nda təhsil bu gün...
Kıbrıs adası bəşəriyyətin ən qədim yaşayış məskənlərdindən biridir. Mütəxəssislərin fikrincə, adada insanların məskunlaşması neolit dövrünə təsadüf edir. 19-cu əsrin sonlarında alman və ingilis arxeoloqlarının apardıqları qazıntılar Kıbrısın krit-miken, türk və yunan mədəniyyətinin bir hissəsi olduğunu aşkara çıxarıb.

Quzey Kıbrısın dünyaya açılan qapısı – Girnə Amerikan Universiteti
Hələ Quzey Kıbrısa getməzdən öncə bu ölkə haqqında təsəvvürlərimin əsasında Girnə Amerikan Universiteti (GAU) dayanırdı. Bu ölkədə 2018-ci ilin iyul ayında düzənlənən, Türk dünyasının müxtəlif guşələrindən elm və təhsil xadimlərinin, müəllimlərin, jurnalistlərin, millət vəkillərinin qoşulduğu “Təhsildə liderlər Forumu”nun təşkilatçılarından biri də məhz Girnə Amerikan Universiteti idi.

KIBRIS MƏKTƏBLƏRİNDƏ TƏHSİL 
Kuzey Kıbrıs təhsil müəssisələrinin dərsliklər və dərs vəsaitləri ilə təmin olunması məsələləri ilə Təhsil nazirliyinin tabeçiliyində fəaliyyət göstərən xüsusi qurum məşğul olur. Təhsil nazirliyi tərəfindən təsdiq olunan dərsliklər bütün təhsil ocaqlarında istifadə edilir. Lakin özəl orta məktəblərin özlərinəməxsus dərs vəsaitləri və tədris proqramları da mövcuddur. 


OSMAN TURKAY CAZİBƏSİ
O, 1995-ci ildə Hindistanda “Poeziyanın sonuncu imperatoru” seçilib. Ədəbi tənqid onun poeziyasını “kosmik eranın ilk həqiqi poeziyası” adlandırıb. Şairin “Dünya üçün simfoniya” adlı kitabına amerikalı tənqidçi Panos Bardis ön söz yazıb. Mən həmin ön sözü Azərbaycan dilinə tərcümədə oxumuşam. 

İndekslijurnallarda  necə dərc olunmalı?
Jurnalların Scopusda qeydiyyatdan keçməsi, ümumiyyətlə, jurnal haqqında elmi ictimaiyyət arasında müsbət rəy formalaşdırır. Bununla da jurnalın qapıları dünyanın elmi ictimaiyyətinin üzünə açılılır. 

“Dünyanın təhsil mənzərəsi” Finlandiyada müəllimlərin ixtisasartırma kurslarına cəlb edilməsi haqqında bəzi qeydlər...
Finlandiyada pedaqoji işçilərin ixtisasartırmasını Milli Təhsil Şurası (The National Board of Education), Təhsil sahəsində peşəkar inkişafın milli mərkəzi (The National Centre for Professional Development in Education), Müəllim Təhsili şöbələri, Kredit sistemi üzrə Ali təhsil müəssisələrindəki digər fakültələr həyata keçirirlər. 

“Web of Science Core Collection” və “”Scopus” haqqında bəzi qeydlər...
Bu gün elmi-tədqiqat işi ilə məşğul olanlar, eləcə də elmi jurnal nəşr edənlər üçün maraq doğuracaq bir mövzudan bəhs etmək istəyirəm. “Web of Science Core Collection” və ”Scopus” nədir və bunlar elmi tədqiqatların istiqamətləndirilməsi, stimullaşdırılması sahəsində, eləcə də elmi-tədqiqat işi ilə məşğul olanlar üçün hansı əhəmiyyətə malikdirlər?

PEDAQOJİ KADRLARIN PEŞƏKARLIQ SƏVİYYƏSİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ
Bu yazıda Belorusiya və Qazaxstanda pedaqoji kadrların ixtisasartırma təhsilinə cəlb olunması prosesindən bəhs olunur.

NÜFUZLU ELMİ JURNALLARDA NECƏ DƏRC OLUNMALI?
Elmi yeniliklərin, ideyaların dünyaya yayılması, elm aləminin ondan xəbərdar olması, şübhəsiz ki, elmi nəşrlər sayəsində mümkün olur. Bu gün dünyada kifayət qədər belə nəşrlər mövcuddur. Bəs hansı nəşrlər dünya düzənində daha geniş yayımlanır, elmi ictimaiyyətə hansı nəşrlər daha operativ şəkildə çatır, hansı nəşrlərdə dərc olunan materiallar etibarlı mənbə kimi qəbul edilir? Bu və digər suallara bu yazıda cavab verməyə çalışacağıq.

VARLI YOXSA KASIB KUBA?
Kuba təhsili ilə bağlı araşdırma apararkən, diqqətimi cəlb edən bir sıra mühüm məqamlar üzərində dayandım və bu məqamların maraq doğuracağını nəzərə alıb onları sizinlə də bölüşürəm

"Жемчужина украинской архитектуры”
В Украине говорят, что здание Львовского национального академического театра оперы и балета – жемчужина украинско й архитектуры

YAPON MƏKTƏBLƏRİNDƏ İMTAHAN
Yapon məktəblilərinin ən böyük problemi imtahandır. Mütəxəssislər hesab edirlər ki, Yaponiyada şagirdlər imtahana hazırlaşmağa çox zaman sərf edirlər və imtahan prosesi ağırdır. 


NECƏ YAZAQ Kİ, BİZƏ İSTİNAD ETSİNLƏR?
İstənilən məqalənin oxucular tərəfindən maraqla qarşılanması, ona istinad edilməsi üçün mövzunun aktuallığı və aktuallığın əsaslandırılması vacibdir. Mütəxəssislər elmi məqaləyə istinad edilməsində bir sıra mühüm amillərin rol oynadığını vurğulayırlar.


Комментарии