NÜFUZLU ELMİ JURNALLARDA NECƏ DƏRC OLUNMALI?

Nüfuzlu elmi jurnallarda necə dərc olunmalı?

Elmi yeniliklərin, ideyaların dünyaya yayılması, elm aləminin ondan xəbərdar olması, şübhəsiz ki, elmi nəşrlər sayəsində mümkün olur. Bu gün dünyada kifayət qədər belə nəşrlər mövcuddur. Bəs hansı nəşrlər dünya düzənində daha geniş yayımlanır, elmi ictimaiyyətə hansı nəşrlər daha operativ şəkildə çatır, hansı nəşrlərdə dərc olunan materiallar etibarlı mənbə kimi qəbul edilir? Bu və digər suallara bu yazıda cavab verməyə çalışacağıq.
Нет описания фото.
İmpakt faktor nədir?

İmpakt factor elmi jurnalın əhəmiyyətinin rəqəmlə göstəricisidir. Bəzən elmi nəşrlərə məqalə göndərərkən müəlliflər yanlış ünvanlara yönəlirlər. Bəs doğru yolu tutmaq üçün hansı məlumatlara, biliklərə sahib olmaq lazımdır? Elmi jurnalları necə seçmək, onlara məqalələri necə göndərmək, bu jurnallarla necə əməkdaşlıq etmək mümkündür? Qeyd etdiyim kimi, elmi jurnalın əhəmiyyətinin rəqəmlə göstəricisi olan İmpakt factor 1992-ci ildə Thomson korporasiyası tərəfindən alınıb. Elə o zamandan da elmi jurnalların İmpakt faktoru Thomson Scientifik adlanan Elmi İnformasiya İnstitutu tərəfindən hesablanır. Göstəricilər “Journal Citation Report” jurnalında dərc olunur. Məhz İmpakt faktora görə jurnalların səviyyəsi, həmin jurnalda dərc olunan məqalələrin elmi əhəmiyyəti, keyfiyyəti qiymətləndirilir. İmpakt faktorlu jurnallarda dərc olunmaq alimlər, elmi tədqiqatçılar üçün həm də yeni imkanlar deməkdir. Diqqət cəlb edən məqalələrin müəlliflərinə gələcək elmi tədqiqatlar üçün maliyyə yardımları edilə, perspektivli tədqiqatçılar əməkdaşlığa dəvət oluna bilər. Bu, əlbəttə ki, dünyanın elmi ictimaiyyətinin elmə, elmə adamlarına, elmi tədqiqatlara verdiyi dəyərdir. Ardi var.
Böyūkağa MIKAYILLI

Комментарии