ELMİ JURNALLARIN FƏALİYYƏTİNDƏ MÜHÜM AMİLLƏR...

- Elmi jurnal, yalnız keyfiyyətli məqalə dərc etməlidir, jurnalın həcmini genişləndirmək naminə, keyfiyyətsiz,


aktual olmayan tədqiqatlara yer verilməməlidir;

- Jurnal məqalələri konkret məqsədlərə xidmət etməli, yeri gəldikkcə, beynəlxalq elmi müzakirələrə vəsilə olmalıdır;

- Hər bir məqalə özlüyündə maraq kəsb etməli, elmi istinad obyektinə çevrilməldir;

- Özünəistinad minimal səviyyədə olmalıdır;

- Beynəlxalq ümumi ünsiyyət dilində xarici tədqiqatçılarla birgə elmi tədqiqat işlərinin aparılması və tədqiqatların nəticəsi olaraq jurnalda dərc olunması jurnal üçün müsbət hal hesab olunur;

- Jurnalın özünün tədqiqat mövzuları təklif etməsi jurnalın elm aləminə adaptasiyası baxımından əhəmiyyətlidir;

- İstinad olunma ehtimalı az olan məqalələrin dərci mimimuma endirilməldir; 

- Dünyada aparılan elmi tədqiqatlar daim izlənməli, yeni, aktual tədqiqat işləri jurnala cəlb olunmalıdır;

- Xarici dillərdə daxil olan məqalələr, eləcə də onların xülasələri dil daşıyıcıları tərəfindən nəzərdən keçirilməlidir;

- Jurnalın reytinqi yüksəldiyi kimi, enə də bilir, odur ki, yüksələn xətti saxlamaq lazımdır...


 






Комментарии