Çin müdriki Laonun fikir dünyasından...

Lao qeyd edirdi ki, uşaqlarda təfəkkürün inikafı onun gələcək həyatı üçün müstəsna rola malikdir. O, o zaman yaxşı sənətkar olacaq ki, onun təfəkkürü inkişaf etsin. Təfəkkürü onu hədəflərinə doğru aparacaq. Müdrik müəllim bunu alimlərə də aid edirdi. Eyni zamanda göstərirdi ki, alimin azad ruhu onu bütün çərçivələrdən xilas edir. Alimin azad şəxsiyyəti, azad ruhu onun yaradıcılığına da qol-qanad verəcək, o, yeni mövzular üzərində işləyəcək. Azad düşüncədən, azad ruhdan doğulan fikirlər elmə, insanlara, cəmiyyətə daha çox fayda gətirəcək.
Lao vurğulayırdı ki, təbiətə müdaxilə etmək olmaz. Ona müdaxilə etsən, onun təbii axarını pozsan, onun ahəngini dağıdacaqsan. Onunla əşya kimi davransan, onu itirəcəksən. Ümumiyyətlə, Lao həyatda hər nəsnənin öz təbii daxili enerjisinin olduğunu vurğulayaraq yazır: “Qabaqda olmağın öz zamanı var, arxada olmağın öz”, “Hərəkət etməyin öz zamanı var, dincəlməyin öz”, “Güclü olmağın öz zamanı var, yorğun olmağın öz”, “Əmin-amanlıqda  olmağın öz zamanı var, təhlükədə olmağın öz”. Lao bununla insanları həyatın nizamının mövcud olduğuna inandırmağa çalışır, həm də insanları bu nizamı pozmamağı bir müəllim kimi tövsiyə edir. Vurğulayır ki, müdrik, ağıllı insanlar hər şeyi olduğu kimi görür, onları nəzarət altına almağa çalışmır, hadisələri həyatın axarına buraxır. Yəni, həyatın ahəngini qəbul edir. Bu, hər şeydən öncə insana qəlb rahatlığı gətirir, onu həyatın bütün sınaqlarına hazırlayır. 
ARDI VAR...


Комментарии