“Təbaşir” teatrı müəllimləri bir araya gətirir...


 “Sizə “ Təbaşir teatr”ı haqqında danışmaq üçün burdayam.Amma hardan başlayım harda bitirim hələ ki bilmirəm.Deməyə o qədər çox sözüm var ki... Bunları cümlələrlə ifadə etmək istəsəm yenə də duyğularımı
anlatmaqda aciz qalaram.


Beləliklə, mən buna cəhd edim və ümüd edirəm sizin vaxtınızı da çox almayacam.  Bu yay tətilində  məni bu gözəl “ailə” cəlb edilmişdir. Teatr həvəskarı və yaxşı tamaşaçı olmaq, arxa cərgələrdə oturub nələrin baş verdiyinə baxmaq istəyirdim, lakin bu baş vermədi.Çünki bu teatrda heç bir arxa sıra yox idi.” Ayişən müəllim öz hisslərini dilə gətirir. Çünki "Təbaşir" Teatrı pandemiyaya baxmayaraq, yay tətillərini  müəllimləri  könüllü olaraq bir araya topladı.Peşələrin ən çətini, ən məsuliyyətlisi və ən şərəflisi məhz müəllimlik olduğunu bir daha gördüm


Təkcə bilik öyrətmir müəllim, bəzən qayğıkeş ana, yolgöstərən ata, sirlərimizi bölüşəcəyimiz yaxın dostumuz olur.Qəlblərə yol tapmaq, onlarla şagirdin gələcəyini müəyyənləşdirəcək bir şəxs olmaq əvəzolunmaz bir hissdir.Ömrünü şam kimi şagirdlərinin yolunda gilə-gilə əridən, onların parlaq gələcəyi naminə həvəslə çalışan və ömründən ömürlərə pay verən, qəlblərə nur çiləyən müəllim! Müəllim ömrü elə bir ömürdür ki, gözlərinin nurunu, ürəyinin hərarətini təmənnasız olaraq  şagirdləri ilə paylaşır, onların gələcək həyat yollarında nurlu mayaka çevrilir. Çəkdiyi zəhmətin bəhrəsini gördükcə, sevimli şagirdlərinin xoş sorağını aldıqca qəlbi fərəhlənir, ürəyi qürurla dolur.


Radio tamaşada səsləndirmə təlimi aldıq.Öyrəndiyimizi tətbiq etmək üçün Türkiyənin dörd bir yanından və Azərbaycandan olmaqla, biz müəllimlər könüllü olaraq bir araya gəldik.


Hansı təlimləri aldıq?Dərs aldığımız müəllimlərdən Göktan Güçlü, Tevfik Gürman,Gönül Güçlü ve Meltem Öztürkle distant təhsillə teatr, səs, bədən dili, diksiya, tələffüz, vurğu kimi mövzularda biliklərə yiyələndik. Öyrənməyin yaşı , yeri və vaxtı olmadığını bilə-bilə bu qrup çalışmış, şənbə-bazar deməmiş, gec saatlara qədər öyrənməyə çalışmış, yay istirahətini  öyrənməklə keçirmişdir.


Müəllimlərin məktəb illərindəki  xatirələri yığılan ən böyük xəzinədir.Bu böyük xəzinə heç çəkinmədən paylaşıldı, birlikdə güldük, birlikdə ağladıq. Nəhayət, bütün bu hekayələrin Göktan Güçlü müəllimimizin sehrli qələmi ilə kağız üzərində yazıldığını  gördük və əlbəttə bu bizi təəccübləndirdi. Onun adı "Anam kimi"idi.


 Ana şəfqəti ilə  və analıq ürəyi ilə şagirdlərini qucaqlayan bütün müəllimlərə həsr olunmuş mətndir.Biz səsləndirərkən çox zövq aldıq , siz də bunu eşidəndə bəyənəcəyinizə əminik.Çünki burada  biz varıq və bunu dinləyən sizlər varsınız. Həyatınızdan bəzi nüanslara toxunan bir mətn "Anam Gibi".


“Təbaşir “ruhunu xülasə edərsək:


Necə ki,dostunu dar gündə tanıyırsan.Necə ki,dostuna “Gedək!”-deyirsın, “Hara”-deyə soruşmur.”Təbaşir”ruhu bax budur.


“Təbaşir” teatrının ruhunda sadəcə "Gəl" demək kifayətdir ... biz belə bir ruh əlaqəsi ilə bağlıyıq.


Hər birimiz bir damla idik, birləşdik, okean olduq. Hər birimiz bir rəng idik,  birləşdik, bir göy qurşağı olduq.


İndi bütün bu gözəllikləri sizinlə bölüşmək istəyirik.  09.10.2021-ci il, saat 22:00-da.  www.damlaradyo.com-da biz həmçinin sizi "Anam Kimi" radio-teatrımızı dinləməyə dəvət edirik.Və ilk sırada.Çünki bizim teatrda arxa sıralar və pərdələr yoxdur.Ona görə də bizim pərdəmiz ürəklərimiz kimi heç vaxt bağlanmır.


Diqqətinizə və dəstəyinizə görə təşəkkür edirik.


Göktan Güçlü


genelsekreter@arusder.org.tr

Комментарии