Berlin Humboldt universiteti haqqında araşdırmalarımdan...

V.Humboldt: “Xalqın mənəviyyatı onun qadına münasibətindən görünür."

На изображении может находиться: 1 человек, на улицеAlmaniyanın Daxili İşlər Naziriyinin təhsil şöbəsinin rəisi vəzifəsində çalışan V.Humboldt görkəmli  alman fikir adamlarının ideyalarının sintezindən yeni konsepsiya işləməklə, universitetin strukturunu və qarşısında dayanan tapşırıqları müəyyənləşdirib. Humboldt hesab edirdi ki, tədris prosesi elmi-tədqiqat fəaliyyəti və müstəqil işlə birbaşa əlaqəli olmalıdır. O, bəyan edirdi ki, müəllim və tələbənin birlikdə fəaliyyəti yalnız elmin inkişafı üçündür. Humboldt elmi insan zəkasının tacı adlandırırdı. O, çoxbiliklilik konsepsiyasından imtina edirdi. Vahid fəlsəfi sistemin həyata vəsiqə qazanması üçün elmi tədqiqat metodologiyasına diqqət yetirir, azadlıq tərəfdarı kimi çıxış edirdi. Düşünürdü ki, universitetlər azad mühitdə inkişaf edə bilərlər. Azad universitetləri azad, zamanın tələbləri səviyyəsində düşünə, gələcəyi görən insanlar yaradırlar. Çürük təməllər üzərində uca bina inşa etmək mümkün deyil.
Yalnız yüz ildən sonra Avropa universitetlərinin rəhbərləri, aparıcı alimləri, elmi-pedaqoji ictimaiyyəti Humboldtun təklif etdiyi universitet modelinin ideal məqamlarını dərk etdilər. Humboldtun ölümündən yüz il sonra dərc olunan “Təlim nəzəriyyəsi və insan tərbiyəsi” traktatı Prussiyada məktəb sistemi islahatlarını xarakterizə etmək baxımından mühüm əhəmiyyətə malik idi. Humboldt konsepsiyasına əsasən, insan yalnız özünün deyil, onu əhatə edən dünyanın formalaşmasında da rol oynamalıdır. O, insanları özlərinə güvənməyə çağırırdı. Söyləyirdi ki, özünə güvənən insanlar çox şeyə qadirdirlər. Həyatda ən vacib olan məqam insanın özünü idarə etməyi bacarmasıdır. Humboldt cəmiyyətdə qadınların rolunu yüksək qiymətləndirirdi. Bu yanaşma, şübhəsiz ki, böyük mütəfəkkirin yaşadığı dövr üçün xarakterik deyildi. Bununla belə, qadınlara önəm verməkdən çəkinməyən Humboldt deyirdi: “Xalqın mənəviyyatı onun qadına münasibətindən görünür.”
Böyükağa Mikayıllı

Комментарии