AMERİKADA TƏHSİL PROQRAMLARI

Amerikada təhsil proqramları

Oxucularım üçün Amerikada təhsil proqramlarının maraqlı olacağını nəzərə alıb araşdırmalarıma bu istiqaməti də əlavə etməyi qərara almışam. Görək Amerikada hansı təhsil proqramları var və bu proqramların əhəmiyyəti nədir?

Orta məktəb şagirdləri üçün nəzərdə tutulan proqram.

Bu proqram Gələcək Liderlərin mübadiləsi (FLEX) adlanır. Proqram əsas etibarilə Müstəqil Dövlətlər Birliyi ölkələrinin məktəblərini əhatə edir. ABŞ-ın dövlət orqanları tərəfindən maliyyələşdirilən bu proqram imkan verir ki, şagirdlər bir il ərzində Amerika məktəblərində təhsil alsınlar. Şagirdlər təhsil müddətində Amerika ailələrində yaşayırlar.

Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi proqramı

ABŞ-da fəaliyyət göstərən digər təhsil proqramı müəllimlərin peşəkərlıq səviyyəsinin yüksəldilməsi proqramıdır. Layihə Avrasiya və cənubi Asiya regionunda (TEA) müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, Amerika Birləşmiş Ştatları ilə onların tanış edilməsi məqsədi daşıyır. 6 həftəlik bu təlim proqramına akademik təlimlər, təlim metodlarının öyrədilməsi üzrə treninqlər, tədris planlarının hazırlanması, təlim strategiyası, təhsildə liderlik, internet texnologiyalarının öyrədilməsi və onların təlimə tətbiqi yoları aşılanır. Proqram çərçivəsində müəllimlər həmçinin Amerka məktəblərində 3 həftəlik təcrübədə olur, amerikalı həmkarları ilə əməkdaşlıq yaradır, öz təcrübələrini nümayiş etdirir, eləcə də, həmkarlarının təcrübəsini öyrənirlər.

Ali məktəb tələbələri üçün proqram (Global UGRAD)
Bu proqram ali məktəblərin əyani şöbələrində təhsil alan tələbələrə imkan verir ki, onlar Amerikanın universitet və ya kolleclərində bir akademik semestr ərzində təhsil alsınlar.

Magistr təhsili üçün proqram

Amerikada magistr təhsili almaq üçün tələbələrə təklif olunan proqram Fulbrayt (Fulbright Graduate Student Exchange Program) qrant proqramı adlanır. Bu proqram bir ildən iki ilə qədər təhsil almaq imkanı verir. Tələbələr proqrama qoşulmaq üçün müsabiqədə iştirak etməlidirlər. Müsabiqədə ali məktəblərin yuxarı kurs tələbələri, eləcə də məzunlar iştirak edə bilərlər. Magistr təhsili proqramı humanitar, sosial, texniki və dəqiq elmləri əhatə edir. Mühasibatlıq, audit, menecment, marketinq, biznes, biznesin idarə olunması, klinik tibb ixtisasları magistr proqramında nəzərdə tutulmur. (ardı var)


Çap etFacebookWhatsApp

Комментарии