Rafiq İmrani: “Azərbaycan mədəniyyətini gur axan çaya bənzətmək olar”
Müsahibimiz sənətşünaslıq doktoru, professor Rafiq İmranidir.
Arayış: Rafiq İmrani 1951-ci ildə Bakıda anadan olub. Asəf Zeynallı adna Musiqi Məktəbini və Azərbaycan Dövlət Konservatoriyasnı bitirib. 1979-cu ildən Konservatoriyada pedaqoji fəaliyyətə başlayıb. Eyni zamanda elmi-tədqiqat işi ilə məşğul olub. Musiqi və muğam tarixinə aid 6 kitabı çap olunub.
Metodik və dərs vəsaitlərinin, 60-dan yuxarı elmi məqalənin müəllifidir. 1988-ci ildə Çaykovski adına Moskva Dövlət Konservatoriyasında “Bəhram Mansurovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında rolu və əhəmiyyəti” mövzusunda namizədlik, 1994-cü ildə isə “Azərbaycan muğamlarının tarixi və elmi-nəzəri əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
R.İmrani Azərbaycanda müsiqişünaslığın tarixi və nəzəri istiqamətində tədqiqi sahəsində fundamental elmi araşdırmalar aparır. O, bu sahədə bir neçə dəyərli elmi əsərin müəllifidir. Müsahibədə tədqiqatçının apardığı araşdırmaların, gəldiyi nəticələrin br qismi ilə tanış olacaqsınız.
-Rafiq müəllim, Sizi musiqi tarixçisi, xüsusilə muğam tarixinin tədqiqatçısı kimi tanıyır və tədqiqatlarınızı yüksək qiymətləndirirlər. Geniş oxucu kütləsinə məlum olmaq üçün istərdim tədqiqatlarınız haqqında danışasınız.
-Mən 1972-ci ildə Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblında kamança ifaçısı kimi fəaliyyətə başlamışam. Hələ o vaxtlardan müğamlarımızın həm tarixi, həm də nəzəri baxımdan problemlərini öyrənməyi qarşıma məqsəd qoymuşdum. Görürdüm ki, muğamlar alimlərimiz tərəfindən tədqiqata lazımınca cəlb olunmayıb. Bu unikal sənətin tarixinin tədqiq olunması çox böyük əhəmiyyətə malikdir. Bilirsiniz ki, muğam təkcə Azərbaycanda deyil, bir çox şərq ölkələrində yayılıb. Bu mənada o xalqlar da muğamı özlərinki hesab etməkdə haqlıdırlar. Məni bir tədqiqatçı kimi düşündürürdü ki, muğam bu qədər xalqa aid ola bilməz. 20 il bu sahədə tədqiqat apardıqdan sonra 1994-cü ildə “Azərbaycan muğamlarının tarixi və elmi nəzəri əsasları” mövzusunda doktorluq dissertasiyas müdafiə etdim, 12 cildlik “Muğam tarixi” kitabının nəşrini nəzərdə tutdum. Elə həmin il I cild işıq üzü gördü.
-Azərbaycan muğamının özünəməxsusluğunun, tarixliyinin sübutu ilə əlaqədar dəlilləriniz varmı?
-Muğam tarixini öyrənərkən çox maraqlı faktlar ortaya çıxdı. Muğamın mənşəyinin hansı ənənə ilə bağlı olması aydınlaşdı. Bu unikal sənətin azərbaycanlılara aid olmaması barədə hətta öz tədqiqatçılarımızın irəli sürdükləri yalnız mülahizələrə də aydınlıq gətirildi. Mən ərəb, fars musiqisində olan muğamlara dərindən bələd oduğum üçün qəti əmin idim ki, muğam bilavasitə Azərbaycan ənənəsi ilə bağlıdır. Tarixin dərinliklərinə gedib çıxan bir çox faktlara tam aydınlıq gətirmək üçün nəzəri məsələləri də öyrənmək tələb olunurdu ki, muğamın musiqi formasını meydana qoymaq mümkün olsun. Tədqiqatlar nəticəsində məlum oldu ki, muğamlar birhissəli musiqi havalarıdır. Bu nəzəriyyə ilə çıxış edərək muğamların hansı dövrə aid olduğunu mənbələrdən öyrənməyə başladım. Ərəb və fars mənbələrindən bəlli oldu ki, muğamların tarixi Şumer dövrünə təsadüf edir. Mənbələrdə miladdan öncə III-IV minilliklərdə muğamların adlarına rast gəldim. Azərbaycan muğamları 17 pilləli səs sistemi əsasındadır. Bu səs sistemi Şumer dövründə də olub. Bu barədə ilk məlumatı 13-cü əsrdə yaşamış böyük azərbycanlı alim Səfiəddin Urməvi verib. Maraqlıdır ki, bütün dünya 17 pilləli səs sistemini qəbul edir. Bu gün biz tam hüquqla deyə bilərik ki, bütün dünya xalqlarının musiqi mədəniyyətinin kökündə Şumerdə olan 17 pilləli səs sistemi dayanır. Bu da Azərbaycan musiqisi ilə sıx bağlıdır. Biz loqorofmik düsturlar vasitəsilə sübut etdik ki, 17 pilləli səs sistemi 22 pərdəli Azərbaycan tarının pərdə quruluşu ilə tam üst-üstə düşür. Çəkinmədən deyə bilərəm ki, bu gün istifadə etdiyimiz Avropanın 12 pilləli səs sisteminin də kökündə məhz qeyd etdiyim səs sistemi dayanır. Elmdə bu, artıq sübut olundu. Görün biz nə qədər xoşbəxt xalqıq ki, bizim səs sistemimizin kökü, nəinki muğam sənətində, eyni zamanda bütün xalqların musiqi mədəniyyətinin kökündə dayanır.
-Rafiq müəllim, muğam tarixinin təbliği ilə əlaqədar hansı xarici ölkələrdə olmusunuz?
-Əfsuslar olsun ki, Avropa ölkələrində elmi konfranslarda olmamışam. Türkiyə və İranda isə bir sıra işlər görmüşəm. Orada muğamların, xüsusən Azərbaycan musiqi səs sistemində 4 səs sistemindən istifadə olunması məsələsini ortaya qoymuşam. Çox vaxt deyirlər ki, Azərbaycan musiqisini bütün xalqlar başa düşür. Amma biz heç də bütün musiqiləri qəbul etmirik. Çünki Azərbaycan musiqisi həm emossional, həm də harmonik dil cəhətdən təkrarsızdır. Dünyada ikinci belə bir musiqi yoxdur. Bizim bütün musiqi janrlarında şedevr əsərlərimiz mövcuddur. Keçən il İranda böyük bir elmi konfrans keçirdik. Bu, “Birinci Azərbaycan musiqi elmi seminarı” adlanırdı. Seminarda İranın bütün bölgələrindən musiqiçilər iştirak edirdilər. Biz bir qrup alim və musiqiçi ilə təmsil olunurduq. Orada Azərbaycan musiqisinin təntənəsini həm elmi, həm də praktik cəhətdən nümayiş etdirdik. Burada bir məsələyə də toxunmaq istəyirəm. Bu gün Azərbaycan musiqisinə beynəlmiləl musiqi kimi baxa bilərik. Bizim musiqidə pentatonika deyilən 5 səslik var. Bu, Yapon, Çin, tatar musiqisində olan səs sistemidir ki, bizdə də var. Hələ XIII-XIV əsrlərdə Səfiəddin Urməvinin, Əbdülqadir Marağayinin əsərlərində “Mayə” muğamına rast gəlirik ki, bu da pentatonika əsasnda mövcud olub. Eyni zamanda bir çox simfonik əsərlərimiz vardr ki, Avropanın 12 pilləli səs sistemi əsasında yazılıb. Biz ondan da istifadə edirik.
-Rafiq müəllim, bir xalqda bu qədər səs sisteminin olması sizcə nə ilə əlaqədardır?
-Hər səs sistemi bir təfəkkür tərzidir. Millətimizdə 4-5 təfəkkür tərzini qavramaq qabiliyyəti var. Əfsuslar olsun ki, bizim alimlərimiz, tədqiqatçılarımız bunu hələ dərk etməyiblər. Fikir verirsinizmi, azərbaycanlılar hər hansı bir millətin dilində o millətin özü kimi danışırlar. Başqa millətlərdə belə deyil. Bu, səs sistemlərinin dillə bağlılığından irəli gəlir. Danışıq dili, nitq mədəniyyəti səs sistemi ilə əlaqədardır.
Söhbətimizin bu yerində Rafiq İmrani İranda bu yaxınlarda Azərbaycan dilində çap olunmuş “Azərbaycan musiqi tarixi” adlı kitabını göstərərək təəssüf hissi ilə qeyd etdi ki, jurnalistlər bu kitaba lazımınca diqqət yetirməyiblər (Əsər Bakıda 1999-cu ildə çap olunub). Kitabda Qobustan dövrü ilə bağlı bir sıra maraqlı faktların üzə çıxarıldığını göztərdi. R.İrmaninin fikrincə Qobustanda inkişaf etmiş musiqinin, svilizasiyanın mövcudluğunu sübut edən qayaüstü rəsmlər çoxdur. Lira da belələrindəndir. Eramızdan əvvəl VI minilliyə aid olan bu abidələr Liranın yunanlara aid olduğunu inkar edir. R.İrmani belə deyir. Onun sözlərinə görə, biz belə tədqiqat işlərini xarici dillərə tərcümə edib lazımınca təbliğ edə bilmirik.
-Rafiq müəllim, musiqişünaslığın tarixi və nəzəri istiqamətdə tədqiqi səviyyəsi sizi qane edirmi? Bununla əlaqədar hansı təklifləriniz vardır?
-Azərbaycanda musiqişünaslıq elminin inkişafının əsası XIII əsrdə qoyulub.
Bunu bəzi tədqiqatçıların XX əsrlə - Üzeyir Hacıbəyovla əlaqələndirmələri düzgün deyil. Bəli, Üzeyir Hacıbəyov Azərbaycan müsiqişünaslığında inqilab edib, böyük xidmətləri danılmazdır. Lakin bizim musiqişünaslığımız XX əsrdən başlanmır. Səfiəddin Urməvi kimi böyük alimimiz XIII əsrdə, Əbdülqadir, oğulları və nəvələri XIV-XV əsrlərdə musiqi tariximizin inkişafında xeyli işlər görüblər. Üzeyir Hacıbəyovun dövründə isə musiqişünaslğımızın inkişafı özünün ən yüksək mərhələsinə çatdı. Lakin 20-30 il əvvəlki musiqişünaslığımızdan danışsaq, deməliyik ki, Orta Asiya musiqişünaslığından da geri qalmışıq. Biz nəinki muğamı, aşıq sənətini də lazımınca tədqiq edə bilməmişik. Bu sahədə fundamental tədqiqatlarımız yoxdur. Əgər dünyaya kim olduğumuzu sübut etmək istəyiriksə, onda mədəniyyətimizi, musiqimizi layiqincə tədqiq və təbliğ etməliyik. 2001-ci ildə Milli Konservatoriya yaradıldıqdan sonra bu sahədə olan boşluqları doldurmaq üçün müəyyən işlər görməyə başladıq. Rayonlarda, arxivlərdə itib-batan səs yazılarını həyata qaytardıq. Respublika səsyazma arxivi, onun rəhbəri Yaqub müəllimlə bu istiqamətdə əməkdaşlıq edirik. Bu yaxınlarda Milli Elmlər Akademiyasının Folklor İnstitutu yaradıldı. İnstitutun direktoru görkəmli folklorşünas Hüseyn İsmaylovdur. Biz onlarla da əməkdaşlıq haqqında müqavilə imzaladıq, İnstitutda az bir zamanda 6 cilddən ibarət Azərbaycan folklor antologiyası yazılmışdır. Antologiyada musiqidən heç bir söhbət getmir. Göründüyü kimi birtərəfli işlənib. İndi qüvvələrimizi birləşdiririk ki, tədqiqatları birgə aparaq. Bu yaxınlarda İranda olarkən “İRŞAD” İdarəsinin rəhbərliyi ilə Cənubi Azərbaycanda musiqi ənənələrimizin təbliğində, tədqiqində birgə fəaliyyət haqqında razlığa gəldik.
Ümumiyyətlə, demək mümkündür ki, son 10 il ərzində musiqişünaslığımızın tədqiqi və təbliği sahəsində müəyyən işlər görümüş və görülməkdədir. Bizim mədəniyyətimiz, musiqimiz dünyada ən qədim köklərə malik dəyərləri özündə birləşdirir. İndiki nəslin üzrərinə düşən vəzifə isə onu layiqincə tədqiq etmək və dünyaya tanıtmaqdır.
Folklor İnstitutu yaradıldığı kimi, Musiqi Mərkəzi də yaradılmalıdır. İstər dövlət, istərsə də ayrı-ayrı adamlar səviyyəsində mədəniyyətə qayğı olmalıdır. Azərbaycan mədəniyyətini gur axan çaya bənzətmək olar. Biganəlik onu qurudar, məhv edər. Gəlin bu barədə birlikdə düşünək.
Söhbətləşdi:
Böyükağa Mikayıllı
“Körpü” qəzeti 18(20) 17 sentyabr-1 oktyabr 2003-cü il.

Комментарии
Отправить комментарий