“Şir balası” Uşaq Reabilitasiya Mərkəzində
Lviv şəhərindəki “Şir balası” Uşaq Reablitasiya Mərkəzi yalnız Lvivdə və Ukraynada deyil, Avropada da tanınır. Mərkəzin yaradıcısı və direktoru, pedaqoji elmlər namizədi, dosent Vira Remajemska azərbaycanlı qonaqları böyük sevgi ilə qarşılayıb rəhbəri olduğu müəssisənin tarixindən, keçdiyi inkişaf yolundan, zaman-zaman qarşılaşdıqları çətinliklərdən, onların aradan qaldırılması istiqamətində göstərdikləri səylərdən danışdı. Qeyd etdi ki, bu gün “Львенок” (“Şir balası”) Uşaq Reablitasiya Mərkəzinə böyük etimad var. Onlar bu etimadı illər uzunu öz işləri, fəaliyyətlərinin əməli nəticələrinə görə qazanıblar. Onun sözlərinə görə Mərkəz 1996-cı ildə görmə qabiliyyəti zəif olan uşaqlar üçün 1996-cı ildə eksperimental xüsusi bağça-məktəb kimi yaradılıb. “Львенок” (“Şir balası”) adı ilə məşhur olan bu müəssisə 1999-cu ilin mayından Lviv şəhər sovetinin qərarı ilə yenidən təşkil olunaraq görmə qabiliyyəti zəif olan uşaqlar üçün tədris reablitasiya mərkəzinə çevrilir. 2007-ci ilin noyabrından isə vilayət tabeçiliyinə verilir. Ukrayna Elm və Təhsil Nazirinin 14 mart 2008-ci il tarixli əmri ilə “Şir balası” Tədris Reablitasiya Mərkəzinə Ümumukrayna eksperimental tədris müəssisəsi statusu verilir. Bütün bunlar təsadüfü xarakter daşımır. Vira Remajevska müəssisəni yaratdığı gündən həyata keçirdiyi eksperimentlər, tətbiq etdiyi metod və yanaşmalarla, təkcə Ukraynada deyil, dünyanın ayrı-ayrı ölkələrində maraqla qarşılanıb, diqqət mərkəzinə gəlir, yeni ideyaların carçısına çevrilir. Eksperimental müəssisənin yaradılması Vira Remajevska və onun kollektivi qarşısında yeni mühüm vəzifələr qoyurdu. Onlar qarşıya qoyulmuş yeni elmi-pedaqoji eksperimental proqram əsasında işləməli və onu yüksək səviyyədə yerinə yetirmə imkanlarını nümayiş etdirməli idilər. Eksperiment iki mərhələdə həyata keçiriləcəkdi. Birinci mərhələnin 1999-2007, ikinci mərhələnin isə 2007-2019-cu illəri əhatə etməsi nəzərdə tutulurdu.
Vira Remajevskanın əhatəli məlumatından sonra azərbaycanlı qonaqlar Mərkəzin hər iki binasının maddi-texniki bazası, həyata keçirilən eksperimentlərlə, milli və beynəlxalq layihələrlə tanış oldular. Kollektiv üzvləri qonaqları maraqlandıran sualları cavablandırdı.
Böyükağa MİKAYILLI,
02.07.2019, Lviv

Комментарии
Отправить комментарий