“İT STEP University”-də

“İT STEP University”-də
Ukraynanın mədəniyyət paytaxtı hesab edilən Lviv şəhəri, eyni zamanda, İnformasiya Texnologiyalarının inkişaf etdiyi məkan kimi tanınır. Bu gün şəhərdə İnformasiya Texnologiyaları sahəsində 300-ə yaxın beynəlxalq kompaniya fəaliyyət göstərir. Bu kompaniyalar öz ətrafında 20 mindən artıq əməkdaşı birləşdirir. Şübhə yoxdur ki, İT sahəsinin inkişafına təkan verən amillər var və onlardan ən başlıcası müxtəlif innovativ layihələr, eyni zamanda İT təhsilinin inkişafıdır. Ukraynada ilk dəfə olaraq məhz Lvivdə fəaliyyətə başlayan “İT STEP University”-nin bu prosesə təkan verəcəyi də şübhə doğurmur. Universitetdə bu sahədə inqilabi dəyişikliklərə imza atacaqlarına inanırlar. Qeyd edim ki, “İT STEP University” 2016-cı ilin dekabrından Ukrayna Təhsil Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir.
Həmsöhbətimiz, İT STEP Akademiyanın direktoru Oleksiy Şateev qeyd edir ki, Akademiyada tədrisin üç əsas istiqaməti mövcuddur: proqram təminatlarının işlənməsi, şəbəkə və kibertəhlükəsizlik, kompüter qrafikası və dizaynı. Universitetdə əlavə olaraq 8 yaşdan 15 yaşadək uşaqların təhsil aldığı Kiçik Kompüter Akademiyası da fəaliyyət göstərir.  Avropa, Asiya, Cənubi və Şimali Amerikada  Akademiyanın 55 filialı mövcuddur.
Böyükağa MİKAYILLI,
30.06.2019, Lviv

Комментарии