DÜNYADA TANINAN MÜTƏXƏSSİSİ BİZ DƏ TANIYAQ…

Vira Remajevska… Bu ad Ukraynadan baş¬la¬yaraq dunyanın elmi-pedaqoji kuluarlarını
dolaşmaqda və özünə sevgi, ehtiram qazan¬maq¬dadır. Bu ada sevgi, ehtiram qazandıran nədir? İnsan¬ları onu dinləməyə, onun işi ilə tanış olmağa, onu təqdir etməyə sövq edən, onun işini öyrənib yaymağa vadar edən nədir?
Vira Remajevska uşaqların böyük dostu, uşaq qəlbi¬nin incə ruhunu duyan mahir pedaqoq-psixoloqdur. Onun 1996-cı ildə Lvovda yaratdığı görmə və eşitmə qabiliyyəti zəif, yaxud tamamilə olmayan uşaqlar üçün reabilitasiya mərkəzi bu gün dünya alimlərinin, elmi müəssisələrin diqqətini cəlb etməkdədir.

Vira Remajevska bu müəssisəni     qəlbinin səsi ilə yaradıb

Vira Remajevska bu müəssisəni qəlbinin səsi ilə yaradıb. Dünyaya gətirdiyi qız övladının görmə qabiliyyətinin olmaması Viranı çox narahat edirdi. Bu, həyatın zərbəsi idi. Gənc ana hələ buna inanmaq istəmirdi. Amma reallıqla barışmaq məcburiyyətində idi. Nəhayət həkimdən eşitdiyi “müalicənin perspektivi yoxdur” sözləri Viranı sanki yuxudan ayıltdı. Bu sözlər gənc ananı həyatın mübarizə meydanına atdı.
Bir ana kimi o, bu ağır vəziyyətdən çıxış yolları arayır,
ümidini itirmirdi. O, bir ana kimi övladının gələcək iztirablarını görür, onun qaranlıq dünyasını işığa bələyəcək yollar axtarırdı. Əlbəttə ki, belə bir yolun mövcud olduğunu öz aləmində hiss edirdi. Bu yol hələlik ancaq Viranın xəyallarında idi…İdeyalar o zaman reallığa, həqiqətə çevrilir ki, ona təkan verən mənəvi güc, irəli aparan həyat eşqi olsun. Mənəvi gücə söykənməyən ideya yaşamaq imkanına çətin ki malik ola. Vira Remajevs¬ka¬nın ideyası və bu ideyanı həyata keçirmək üçün böyük mənəvi gücü var idi. Bu gücü o övladının gələcəyi ilə bağlı arzu¬la¬rından, eləcə də bütün uşaqlara olan sonsuz sevgisindən alırdı.
1996-cı ildə Vira Remajevska qəti qərara gəlir. O, elə bir müəssisə yaratmalıdır ki, görmə qüsuru olan uşaqlar buradan həyatın qoynuna xoşbəxtliyin nə olduğunu anlayıb atılsınlar. Hər hansısa bir fiziki qüsur onların qəlbini yaralamasın. Göz¬lə¬ri olmasa belə, həyatı qəlbləri ilə duya, anlaya, dərk edə, həm-yaşıdları ilə yanaşı addımlaya, özlərinə həyat qura, ondan zövq ala bilsinlər. Vira Remajevskanın içindəki həyat eşqi dünya işığından məhrum uşaqların gözündə nur olacaqdı.
Vira Remajevska ilk olaraq Təhsil idarəsinə müraciət edir. Aldığı cavab isə bu olur ki, övladınız 7 yaşa çatanda onu korlar üçün məktəbə verə bilərsiniz. Bu cavab Viranın istəkləri ilə heç cür düz gəlmirdi. Sonralar Vira Remajevska yazacaqdı: “Mən anladım ki, bizim təhsil sistemi mənim kimi analara kö¬mək etmək imkanında deyil.” Ona görə də o, övladını özü öyrət¬mək qərarına gəlir. Böyük səbrlə balaca Veraya məişət əşya¬larını, onlardan istifadə qaydalarını öyrədir. Tezliklə bala¬ca qız anasına ev işlərində kömək etməyə başlayır. O, xüsusi məktəbə gedəndə isə Vira orada katibə işinə düzəlir. Övladına dərslərini hazırlamaqda, Brayl əlifbasını öyrənməkdə kömək edir. Bu məktəbdə müəllim işləmək üçün xüsusi pedaqoji təhsil alır.
1996-cı ildə Vira Remajevskanın təşəbbüsü ilə Lvovda görmə qabiliyyəti zəif olan uşaqlar üçün eksperimental xüsusi bağça-məktəb yaradılır. “Львенок” (“Şir balası”) adı ilə məş¬hur olan bu müəssisə 1999-cu ilin mayından Lvov şəhər sovetinin qərarı ilə yenidən təşkil olunaraq görmə qabiliyyəti zəif olan uşaqlar üçün tədris reablitasiya mərkəzinə çevrilir. 2007-ci ilin noyabrından isə vilayət tabeçiliyinə verilir. Ukray¬na Elm və Təhsil Nazirinin 14 mart 2008-ci il tarixli əmri ilə “Şir balası” Tədris Reablitasiya Mərkəzinə Ümumukrayna ekspe¬ri¬mental tədris müəssisəsi statusu verilir. Bütün bunlar təsadüfü xarakter daşımır. Vira Remajevska müəssisəni yarat¬dı¬ğı gündən həyata keçirdiyi eksperimentlər, tətbiq etdiyi me¬tod və yanaşmalarla, təkcə Ukraynada deyil, dünyanın ayrı-ayrı ölkələrində maraqla qarşılanıb, diqqət mərkəzinə gəlir, yeni ideya¬ların carçısına çevrilir. Eksperimental müəssisənin yara¬dıl¬ması Vira Remajevska və onun kollektivi qarşısında yeni mühüm vəzifələr qoyurdu. Onlar qarşıya qoyulmuş yeni elmi-pedaqoji eksperimental proqram əsasında işləməli və onu yüksək səviyyədə yerinə yetirmə imkanlarını nümayiş etdirməli idilər. Eksperiment iki mərhələdə həyata keçiriləcəkdi. Birinci mərhələnin 1999-2007, ikinci mərhələnin  isə 2007-2019-cu illəri əhatə etməsi nəzərdə tutulurdu.

Pedaqoji eksperimentin başlıca məqsədi Ukraynada fiziki, psixi inkişafdan qalan uşaqlara tədrisin elmi-metodiki əsaslarının Ukrayna modelini yaratmaqdan ibarət idi

Yeni pedaqoji eksperiment görmə və eşitmə qabiliyyət¬ləri zəif olan və yaxud onları tam itirən uşaqların elmi-metodiki əsasda pedaqoji-psixoloji, tibbi və sosial reabilitasiyasına yeni elmi yanaşmaları özündə ehtiva edirdi. Eksperimentə pedaqoji elmlər namizədi, dosent, “Şir balası” Tədris Reabilitasiya Mər-kə¬zinin direktoru Vira Remajevska rəhbərlik edəcəkdi. 12 illik nəzərdə tutulan tədris prosesi 3 mərhələdə həyata keçiriləcəkdi. 2007-2008-ci illəri əhatə edəcək mərhələ hazırlıq mərhələsi adlandırıldı. 2009-2018-ci illəri əhatə edəcək dövrə formalaş¬ma dövrü adı verildi. Ümumiləşdirmə üçün 2018-2019-cu illər nəzərdə tutuldu. Pedaqoji eksperimentin başlıca məqsədi Ukraynada fiziki, psixi inkişafdan qalan uşaqlara tədrisin elmi-metodiki əsaslarının Ukrayna modelini yaratmaqdan ibarət idi.
Vira Remajevska 1996-cı ildən əsasını qoyduğu bu böyük və xeyirxah, özündə insanın arzu və xəyallarının gerçək simasını yaşadan, onun qəlbini sevgi ilə dolduran bu layihənin ildən ilə çiçəklənməsindən rahatlıq tapırdı. Axı irəliyə doğru atılan hər bir addım işığa həsrət olan gözlərdə ümid çırağının parlamasına yol açırdı. O, eksperimentin bütün detallarının yük¬sək səviyyədə həyata keçirilməsinə, cəmiyyətdə qəbul olun¬masına çalışırdı. Düşünürdü ki, onlar valideynləri inandır¬malıdırlar. İnandırmalıdırlar ki, həyata qaranlıqdan baxan övlad¬larının gələcəyinə ümidlərini üzməsinlər. Onun işığı görəcəyinə həm özlərini, həm də övladlarını inandırsınlar.


Vira Remajevska qeyd edir ki, “Şir balası”nın qarşısında dayanan vəzifə görmə qabiliyyəti zəif olan və ya onu tam itirmiş, ümumi qüsurları olan uşaqların cəmiyyətə inteqrasiyasını təmin etməkdən ibarətdir

Vira Remajevska Mərkəzin fəaliyyətindən bəhs edərək söyləyir ki, burada 200 nəfərdən artıq 2 aylıqdan 12 yaşa qədər görmə, eşitmə qabiliyyətini itirmiş, ümumən fiziki qüsurlu olan uşaq təlim-tərbiyə, defektoloji-pedaqoji yardım  alır. “Şir balası” Ukraynada yeganə təhsil müəssisəsidir ki, burada kar-kor uşaqlar üçün qrup və siniflər təşkil olunub. Bir cəhətə xüsusi diqqət yetirmək lazımdır. Bu kateqoriyadan olan uşaq¬lar¬la işləmək üçün yalnız xüsusi metodiki hazırlıq səviyyəsi kifayət deyil, uşaqlar üçün xüsusi yaşayış şərtlərinin yaradıl¬ması da vacib elementlərdəndir. Vira Remajevska qeyd edir ki, “Şir balası”nın qarşısında dayanan vəzifə görmə qabiliyyəti zəif olan və ya onu tam itirmiş, ümumi qüsurları olan uşaqların cəmiyyətə inteqrasiyasını təmin etməkdən ibarətdir.
Vira Remajevska haqqında Ukraynada belə deyirlər:                “O, qaranlıqda yaşayanlara kömək edir”

Vira Remajevska haqqında Ukraynada belə deyirlər: 
“O, qaranlıqda yaşayanlara kömək edir.” 

O, 2010-cu ildə “Ölkənin qüruru” mükafatının laureatı olub. Vira Remajevska mənim nəzər¬lərimdə insanı hissləri, duyğuları, baxışları ilə anlayan ən duyğusal insandır. Mərkəzin fəaliyyəti, onun sakinləri haq¬qın¬da danışarkən mən onun gözlərinə baxırdım. Vira xanımın ürəkdən gələn sözləri, fikirləri onun gözlərində yaş damlaları buraxırdı. Mən bu yaş damlalarında bir ananın, bir pedaqoqun, bir müəllimin, nəhayət böyük ürəkli bir insanın uzun illik iztirablarını oxuyur, onun ürəyindən keçənləri, həyatının keş¬mə-keşlərini hiss edirdim. O, danışdıqca anlayırdım ki, həqiqə¬tən də böyük işlər böyük ürəklərdən, böyük məhəbbətdən su içir.


Vira Remajevska pedaqoji elmlər namizədi, dosent, dünyada tanınan mütəxəssis, Lvov Diplomdansonrakı Pedaqoji Təhsil İnstitutunun kafedra müdiridir

Vira Nikolayevnanın təcrübəsi bu gün Ukrayna xaricində də böyük maraqla izlənilir. Onun təltifləri çoxdur. Amma tanınmış mütəxəssis üçün bu gün onun yaratdığı mərkəzdə psixoloq kimi çalışan, ali məktəbi qırmızı diplomla bitirən, görmə qabiliyyətindən tamamilə məhrum olan qızının verdiyi dəyər daha önəmlidir: “Ana, çox sağ ol, sağ ol ki, məni qüsurlu insan kimi tərbiyə etmədin.”
Vira Nikolayevna dövlətin fəxri fərmanları, N.İ.Pilman adı¬na “Uşaq oftalmologiyasının inkişafındakı xidmətlərinə görə” medalı, Sv.Vladimir provaslav kilsəsinin ordeni, “Ukray-na¬nın Təhsil Əlaçısı” döş nişanı, nəhayət Ukrayna Preziden¬ti¬nin fərmanı ilə “Ukraynanın əməkdar Təhsil İşçisi” fəxri adına layiq görülüb. O, 2012-ci il 30-cu London olimpiadasının dörd ukraynalı məşəlçisindən biri olub. Bunlarla yanaşı o, beynəl¬xalq «Улыбки» uşaq ordeni ilə təltif edilib. Bu ordenə təsis olunduğu 40 il ərzində şahzadə Diana, Tereza ana, Dalay Lama, Papa 2-ci İohan Pavel kimi görkəmli şəxsiyyətlər layiq görülüblər.
Vira Remajevskaya bu ali mükafata uşaq qəlblərinə bəxş etdiyi işığa, qəlblərdə alovlandırdığı ümidə, gözlərdə yaratdığı sevgi qığılcımlarına, qaranlıqlardan işığa açdığı ümid cığırına görə layiq bilini. Əslində bu, əsl müəllimliyin bəşəri simasıdır. Mən Vira xanımla söhbət edərkən onun mənəvi zənginliyini qəlbində daşıdığı böyük sevgidən duyurdum.
Vira Remajevskanın bu etirafı olduqca təsirli səslənir: “Insan hər nə edirsə, öz eqoistik hisslərindən irəli gələrək edir. Mən bu mərkəzi valideynlər üçün, uşaqlar üçün, cəmiyyət üçün, ölkəm üçün yaratdım. Amma mən bunu hamıdan öncə özüm üçün etdim. Çünki bu həyatda özün özünə məsləhət verə bilməsən, başqalarını xilas edə bilməzsən…  ”

“Şir balası” Tədris Reabilitasiya Mərkəzi struktur bölmələrinə müvafiq olaraq fəaliyyət göstərir. Bu bölmələrin hər biri uşaqların fiziki, mənəvi inkişafını, onların cəmiyyətə inteqrasiyasını hədəfləyir.

Məsləhət məntəqəsi
Mərkəzdə reabilitasiya işləri kompleks xarakter daşıyır. Bütün proseslər müasir tibbi-bərpa və müalicə-profilaktika avadanlıqları eləcə də xüsusi pedaqoji vasitələrlə təchiz edilib.
Mərkəzin təklif etdiyi xidmətlərə diqqət yetirək: – Müəl-lif  tədris-metodiki üsulları; Müasir tibbi avadanlıqlarla müayi¬nə və müalicə; sağlam inkişafa kömək edən kompüter proq¬ram¬ları; “Görmə qabiliyyətinin inkişaf etdirilməsi” müəllif  üsulu; azyaşlı uşaqlar üçün funksional diaqnostika və L.Xyuvyari¬ne¬nin psixofizik pozğunluğu olan uşaqlar üçün görmə qabiliy¬yətinin müəyyən edilməsi funksiyası; həkim – okulist; həkim-nevroloq; həkim –pediatr; ortoptistok – tibb bacısı; massajist; fizioterapiya müəllimləri; praktik –psixoloqlar; defektoloq – müəllimlər; loqoped – müəllimlər; fizioterapiya-bütün bunlar uşaqların sağlamlığının yüksək səviyyədə təmin olunması üçün nəzərdə tutulub.
İngilis dilinin, Brayl əlifbasının, kompüter texnolo¬gi¬yası-nın öyrədilməsi daim diqqət mərkəzində saxlanılır. Təsviri incə-sə¬nət, musiqi studiyası uşaqların yaradıcı inkişafını stimul¬laş-dırmaq məqsədi daşıyır. Mərkəzdə tətbiq olunan “Nağıl – terapiya” uşaqların mənəvi dünyasının formalaşmasında, onla¬rın həyata, cəmiyyətə inteqrasiya olunmasında müstəsna rola malikdir.
Mərkəzlə tanışlıqdan belə qənaətə gəlmək mümkündür ki, burada reabilitasiyanın əsas formaları erkən müdaxilə, psixoloji, pedaqoji və sosial-mədəni reabilitasiyadan ibarətdir.

“Şir balası”na uşaqlar necə qəbul edilir?
Uşaqların Mərkəzə qəbulu zamanı sosial pedaqoqlar ilk növbədə ailənin vəziyyəti ilə tanış olurlar. Əgər ailədə risk faktoru aşkar edilərsə, ailənin sosial pasportu doldurulur və lazımi bərpa tədbirləri görülür. Bu cür uşaqlar üçün fərdi təhsil forması və proqramı müəyyən edilir. Bu proqramı uşaqla iş aparan müəllim tərtib edir.
Fərdi korreksiya proqramlarını mərkəzin ayrı-ayrı şöbə-lərinin mütəxəssisləri – psixoloqlar, müəllim-defektoloqlar, müəllim-loqopedlər hazırlayırlar. Bu zaman Mərkəzə vilayət üzrə həkim – oftalmoloqlar da dəvət edilir.
Mərkəz Ukraynanın təhsil müəssisələrinin tələblərinə uyğun olaraq lisenziyalaşdırılıb. Mərkəzdə təhsil ümumi dövlət təhsil proqramları və müəllif koreksiya proqramlarına uyğun olaraq həyata keçirilir.

Reabilitasiyadan sonrakı dövr sosial pedaqoqlar   tərəfindən müşaiyət olunur
Onlar müntəzəm olaraq məktəbə inteqrasiya olunan uşaqlara baş çəkir, uşaqlarla, müəllimlərlə, hətta məzunlarla ün-siy¬yət qurur, onların müvəffəqiyyət göstəriciləri ilə tanış olur¬lar. Bütün məktəblərlə razılıq əldə edilib. Lvovun 100 mək¬tə¬bindən 31-də Mərkəzin yetirmələri təhsil alır. Ümumilikdə Vira Remajevskanın sözlərinə görə, Mərkəzin yetirmələrinin 92 faizi orta ümumtəhsil məktəblərinə inteqrasiya edilir. “Şir balası” ümumilikdə bu ideyanı dəstəkləyir: “Bütün uşaqlar şəxsi xüsusiyyətlərindən asılı olmayaraq birlikdə təhsil almaq hüququna malikdirlər.” Mərkəzin əməkdaşları 2003-cü ildən Ukraynada ilk dəfə olaraq kar və kor uşaqların fərdi reabilita-siya proqramı üzərində işləyirlər. Mərkəzin əsas məqsədi ciddi görmə problemləri olan uşaqlara və ailələrə erkən yardımı, eləcə də onların erkən tədrisini və öz həmyaşıdları ilə bir sırada dayanmalarını təmin etməkdir. Bu isə öz növbəsində Tədris Reab¬li¬tasiya Mərkəzinin nəzdində hazırlanan metodiki yanaş-malar əsasında həyata keçirilməkdədir. Bəs bu yanaşmalar nədən ibarətdir? Onlara diqqət yetirək: Burada diaqnostika və korreksiya xüsusi müəllif  və adaptasiya metodları ilə təşkil edilir; hər bir uşağın reablitasiyasının kompüter proqramı ilə təşkili fərdi reabilitasiya proqramı əsasında həyata keçirilir; Mərkəzin həkim və pedaqoqları dərs zamanı və dərsdən sonra uşaqlarda reabilitasiyanın gedişini sistemli izləyirlər. Onlar valideynləri mütəmadi olaraq övladlarının tibbi göstəriciləri, Mərkəzin iş rejimi, xəstəliklərin klinikası və nəhayət övladla¬rı-nın tədrisi ilə tanış edirlər. Mərkəzdə təlim-tərbiyə və reabili¬ta-siya prosesi Mərkəzin məktəb və məktəbəqədər şöbəsinin müəllif plan və proqramı əsasında həyata keçirilir; Dərs prose-sin¬də xüsusi dəftərlərdən və vəsaitlərdən istifadə olunur; Dərslik¬lər, didaktik materiallar Mərkəzin yaradıcı müəllimləri tərə¬fin¬dən hazırlanır. Eksperimental pedaqoji fəaliyyətin yeni isti¬qa¬¬mətlərindən biri də uşaq və valideynlərə erkən kompleks köməyin göstərilməsidir. Erkən yardım mərkəzi yalnız Lvov şəhərində yaşayan ailələrə deyil, Lvov vilayəti, Ukraynanın digər şəhər və vilayətləri, eləcə də dünyanın ayrı-ayrı ölkə-lərinindən olan ailələrə xidmət göstərir.
“Şir balası”  öz əhatə dairəsini daim genişləndirir. Onlar öz qapılarını dünyaya böyük ürəklə açırlar. Bu qapıdan ümid-lərə işıq saçılır…


Комментарии