...Dünya bizi duyacaq
Müsahibim Azərbaycan – Kıbrıs Türk Dostluq Cəmiyyətinin sədri, Qlobal Karyera İnstitutunun direktoru Orxan Həsənoğludur.
Diaspor sahəsində çalışan, bu işə ömrünü həsr edən insanların həyatı, düşüncələri, dünyagörüşləri ilə maraqlanarkən, onları qələmə alarkən həmişə bu fikirdə olmuşam: Vətəndən kənarda vətən üçün, yaşadıqları ölkə üçün çalışanlar sinələrində iki ürək daşıyırlar. Bir ürək vətən üçün, o biri isə nemətlərindən bəhrələndiyi, torpağında gəzdiyi, yaşadığı, sevdiyi, uğurlarına sevindiyi, acılarına kədərləndiyi ölkə üçün döyünür. Bəzən deyirlər ki, yaşadıqları ölkə onların ikinci vətənidir. Orxan Həsənoğlu ilə söhbətimdə də uzun illərdir ki, Quzey Kıbrısda yaşayan, geniş diaspor fəaliyyəti göstərən müsahibimin bu hisslərini duydum. Orxan Həsənoğlunun diaspor sahəsindəki fəaliyyətini xeyli müddətdir ki, sosial şəbəkələrdən, mətbuatdan izləyirəm. Onun Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri, Qlobal Karyera İnstitutunun direktoru, eləcə də Girne Amerikan Universitetinin xarici əlaqələr departamentinin sədri kimi Quzey Kıbrısda, Azərbaycanda təşkil etdiyi beynəlxalq forumlar, konfranslar hər iki ölkədə böyük maraqla qarşılanıb, ictimai hadisəyə çevrilib. Bu ilin fevral ayında Bakıda düzənlənən və hər iki ölkənin ictimaiyyəti tərəfindən maraqla qarşılanan “Birinci PR Yaradıcılığı Forumu” da bu qəbildən idi. Forum haqqında sosial şəbəkədə yazdığım statusda onu “Müəllimlər üçün pedaqoji ideyalar laboratoriyası” adlandırmışdım. Qeyd etmişdim ki, bu forum müəllimlərin yaradıcılıq potensialının inkişaf etdirilməsi baxımından böyük əhəmiyyətə malik olacaq, onların dünyaya, özlərinin peşəkar fəaliyyətlərinə müasir zamanın çağırışları prizmasından yanaşmalarında önəmli rol oynayacaq. Dünyanın müxtəlif ölkələrindən Foruma qatılmış elm, təhsil, PR mütəxəssisləri müasir insanın, müasir cəmiyyətin pedaqoji-psixoloji tələblərini, təlim-tərbiyə, təhsil məsələlərinin metodoloji əsaslarını vəhdətdə təqdim edərək, müasir dünyada insan, şəxsiyyət hazırlığının, onun mənəvi-əxlaqi, psixoloji formalaşmasının yollarını, dayaqlarını göstərdilər, bu istiqamətdə öz təcrübələrini nümunə kimi diqqətə çatdırdılar.
Orxan Həsənoğlu ilə bir də Quzey Kıbrısda “Təhsildə Beynəlxalq Liderlər Forumu”nda görüşdük. Bu tədbirin təşkilatçılığına Orxan Həsənoğlunun rəhbərlik etdiyi Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti, Qlobal Karyera İnstitutu ilə yanaşı, Quzey Kıbrısın dövlət və Qeyri-Hökümət Təşkilatları da qoşulmuşdular. Quzey Kıbrısın həyatında bir hadisəyə çevrilən bu Foruma Azərbaycandan səksən nəfər nümayəndə qoşulmuşdu. Mən bu beynəlxalq Forumda bir daha hiss etdim ki, türk dünyasının ziyalılarının, görkəmli şəxsiyyətlərinin bir araya gəlməsi, elmi, ədəbi, ictimai, multikultural tədbirlərdə görüşməsi xalqlarımızın yaxınlaşması, bir-birini tanıması, bir-birinə dəstək olması baxımından çox əhəmiyyətlidir. Həmin Forumda Qazaxıstandan, Qırğızıstandan da universtet rektorlarının, müəllimlərin iştirak etməsi məndə belə bir fikir hasil edirdi ki, Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin, Qlobal Karyera İnstitutunun fəaliyyət sərhədləri genişlənməkdədir.
Quzey Kıbrısdakı beynəlxalq forum haqqında ötən yazılarımda ətraflı məlumat verdiyim üçün bu yazıda bir neçə nüansa toxunmaq istərdim. Belə ki, Forum çərçivəsində Azərbaycanın görkəmli elm və təhsil xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Şahlar Əsgərovun “Kamilləşən bəşəriyyət” və mənim Ukraynanın Lvov Vilayətinin tarixi, təhsili, orada yaşayan etnik xalqların mədəniyyətləri, adət-ənənələrinə həsr olunmuş “Bir səma altında” kitabımın təqdimatı keçirildi. Biz Orxan Həsənoğlu ilə bu barədə hələ Bakıda danışmışdıq. Sonradan öyrəndim ki, ötən illər ərzində bir neçə azərbaycanlı yazıçının kıtablarının təqdimatı bu ölkədə təşkil olunub. Bunu Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin fəaliyyətinin mütərəqqi tərəfi kimi dəyərləndirmək olar. Forum günlərində diqqətimi cəlb edən məqamlardan biri də “Multikultural Yay Məktəbi”nin təşkil olunması idi. Bu məktəb özündə Qazaxıstan, Qırğızıstan, Türkiyə, İsrail, Ukrayna, Rusiya, Azərbaycandan gələn uşaqları, onların valideynlərini, müəllimləri birləşdirməklə, Yay Məktəbinin düşərgəsində, sözün həqiqi mənasında, multikultural bir mühit yaratmışdı. Yay məktəbinin proqramını keçən uşaqlar bu mühitdə dünya xalqlarının adət-ənənələrini, mənəvi dəyərlərini, musiqilərini öyrənir, bir-biriləri ilə dostluq əlaqələri yaradır, bir səma altında dostcasına, sevgi ilə yaşamağın nə qədər gözəl bir hiss olduğunu anlayırdılar.
Orxan Həsənoğlu ilə hələ Kıbrısda olarkən planlaşdırdığımız müsahibə nəhayət ki, bugünlərdə Bakıda baş tutdu. Öncə müsahibimin tərcümeyi-halından bəzi məqamları diqqətinizə çatırmaq istərdim. O, Azərbaycanda ziyalı ailəsində anadan olub. Atası ədəbiyyatçı, anası isə iqtisadçıdır. Əkizlər bürcündə əkiz övlad kimi doğulan Orxan Azərbaycanda və Türkiyədə bakalavr, Quzey Kıbrısda magistr təhsili alıb. Hal-hazırda bu ölkədə təhsilin idarəolunması üzrə doktorantura təhsilini bitirmək üzrədir. O, Girne Amerikan Universiteti beynəlxalq əlaqələr departamentinin rəhbəri, Qlobal Karyera İnstitutunun direktoru, Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri, Avropa Azərbaycanlıları Konqresi idarə heyətinin üzvüdür.
Onunla söhbətə Azərbaycan-Quzey Kıbrıs Türk Cümhuriyyəti əlaqələrinin tarixindən başladıq. Müsahibim qeyd edir ki, bu əlaqələrin əsası 1990-cı illərin əvvələrində qoyulub. Quzey Kıbrıs Türk Cümhuriyyəti Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olub. Qardaş ölkə tərəfindən bu münasibətin göstərilməsi, əlbəttə ki, böyük sevgidən, tarixi köklərə, mənəvı bağlılığa ehtiramdan soraq verirdi. 1993-cü ildə Azərbaycandan bir qrup dövlət rəsmisi, qeyri-hökumət təşkilatı rəhbəri, media nümayəndəsi Quzey Kıbrısa səfər edib, bu ölkə, onun əhalisinin həyatı, qayğıları ilə tanış olub. Ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən Muxtar Respublikanın Quzey Kıbrıs Türk Cümhuriyyəti ilə əlqələrinin təməli qoyulub. Dünyanın ictimai-siyasi mühiti bu əlaqələrin rəsmi müstəvidə dərinləşməsinə imkan verməsə də, Azərbaycan qardaş ölkənin müstəqilliyinə özünün ehtiramlı münasibətini göstərib, bu ölkəni Türk dünyasının ayrılmaz, strateji, önəmli bir parçası saydığını zaman-zaman nümayiş etdirib. 1990-cı illərdən başlayan bu doğma münasibət illər boyu davam edib. Orxan Həsənoğlu qeyd edir ki, 2004-cü ildə Azərbaycan-Quzey Kıbrıs əlaqələri üçün mühüm olan tarixi hadisə baş verib. Həmin il Azərbaycan-Türkiyə İş Adamları Birliyinin təşkilatçılığı ilə bir qrup millət vəkili, jurnalist birbaşa reyslə Kıbrısa uçub. Azərbaycan nümayəndə heyəti Quzey Kıbrıs Türk Cümhuriyyətinin o zamankı dövət başçısı Rauf Denktaş tərəfindən yüksək səviyyədə qarşılanıblar. Azərbaycan nümayəndə heyətinin bu səfəri Quzey Kıbrısda bayram əhval-ruhiyyəsi yaradıb, deyə Orxan Həsənoğlu vurğulayır. Ardınca söyləyir ki, bu tarixi səfərdən bir müddət sonra daha bir tarixi görüş baş tutub. Quzey Kıbrıs Türk Cümhuriyyətinin ilk prezidenti olmuş Rauf Denktaş ölkəsinin iş adamları, dövlət məmurları ilə birgə birbaşa reyslə Bakıya gəlib. Orxan Həsənoğlu “Birbaşa reys” ifadəsini ona görə xüsusilə vurğulayır və qeyd edir ki, ölkələrimizin tarixində bir neçə dəfə gerçəkləşdirilən bu uçuşlar əlaqələrimizin inkişafı baxımından mühüm rola malik idi. O, qeyd edir ki, 2004-cü ildə Birləşmiş Millətlər Təşkilatının baş katibi Kofi Annanın Kıbrıs probleminin həlli ilə bağlı irəli sürdüyü və tarixə “Annan planı” kimi yazılan plan Azərbaycan-Quzey Kıbrıs münasibətlərinin də yenidən gündəmə gəlməsinə yol açdı. Həmin ərəfədə Türkiyədə səfərdə olan Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin jurnalistin, “Annan planı” və Quzey Kıbrısın Azərbaycan tərəfindən tanınması ilə bağlı sualına cavabı da maraq doğurur-“Əgər adada yaşayan türklər “Annan planına uyğun olaraq referenduma “Hə” cavabı verərlərsə və adada vahid dövlət yaranarsa, Azərbaycan onun müstəqilliyini ilk tanıyan dövlət olacaq. Orxan Həsənoğlu qeyd edir ki, Quzey Kıbrıs Türk Cümhuriyyətinin əhalisi “Annan planı”na “Hə”, adanın rum kəsiminin əhalisi isə “Yox” dedi. Buna baxmayaraq, Avropa Birliyi Türk tərəfinin deyil, adanın rum hissəsinin müstəqilliyini tanıdı. Adada vahid dövlət yaranmadığı üçün Azərbaycan da Quzey Kıbrıs Türk Cümhuriyyətinin müstəqilliyini tanıya bilmədi.
Orxan Həsənoğlu qeyd edir ki, Azərbaycanla Quzey Kıbrıs arasında rəsmi diplomatik münasibətlərin olmamasına baxmayaraq, isti dost əlaqələri bütün sahələrdə özünü göstərir. Bu ölkədə çoxlu sayda Azərbaycanlı ailələr yaşayır, tələbələr təhsil alır, alimlər universitetlərdə, iş adamları ölkə həyatının müxtəlif sahələrində səmərəli fəaliyyət göstərirlər. Quzey Kıbrısın ali məktəblərindən məzun olan tələbələrin diplomları Azərbaycan Təhsil nazirliyi tərəfindən tanınır.
Azərbaycan universitetləri ilə Quzey Kıbrıs ali məktəbləri arasında geniş əlaqələr mövcuddur.
Təhsil əlaqələrindən söz düşmüşkən, diaspor rəhbəri vurğulayır ki, Azərbaycan universitetləri ilə Quzey Kıbrıs universitetləri arasında geniş əlaqələr mövcuddur. Münasibətlər xüsusilə dövlət Universitetləri arasında inkişaf edib. Azərbaycan-Quzey Kıbrıs Dostluq Cəmiyyəti də bu əlaqələrin daha da inkişaf etdirilməsinə çalışır. Ölkədə dünya miqyasında tanınan çoxlu sayda universitet olduğu üçün Quzey Kıbrısı “Təhsil adası” adlandırırlar. Bu universitetlər beynəlxalq akkreditasiyalara malikdirlər. Məsələn, Girne Amerikan Universitetinin 30-a yaxın beynəlxalq akkreditasiyası var ki, Azərbaycan Respublikası da bu akkreditasiyaları tanıyır. Quzey Kıbrısda təhsil sahəsində beynəlxalq elmi konfranslar, simpoziumlar mütəmadi olaraq keçirilir. Azərbaycanın demək olar ki, bütün universitetlərindən professor-müəllim heyəti həmin konfranslara dəvət olunur. Onlar universitetlərdə həm mühazirə oxuyur, həm də konfranslarda iştirak edirlər. Ümumiyyətlə, Azərbaycanla Quzey Kıbrıs universitetləri arasında əməkdaşlıq hələ 1994-1995-ci illərdən qurulub. Biz bu müqavilələrin imzalanması və həyata keçirilməsi işində bir körpü rolu oynamağa çalışırıq, deyə, Orxan Həsənoğlu bildirir. O, söyləyir ki, xeyli sayda Azərbaycanlı tələbə ötən illər ərzində EXCANGE proqramı çərçivəsində Quzey Kıbrıs Universitetlərində 1 smester ərzində təhsillərini ödənişsiz olaraq davam etdirmək imkanı əldə edib. Bu gün də bu proqram davam edir. Azərbaycan Dövlət İqtisad Universiteti, Turizm Universiteti, Memarlıq və İnşaat Universiteti, Naxçıvan Dövlət Universiteti, umumiyyətlə Azərbaycanın digər universitetləri, Gəncə Dövlət Universiteti ilə bu proqram çərçivəsində ötən illərdə tələbə mübadiləsi aparılıb. Bu proqram çərçivəsində əsasən Azərbaycanlı tələbələr Kıbrıs Universitetlərinə göndəriliblər. Orxan Həsənoğlu təəssüf hissi ilə qeyd edir ki, Quzey Kıbrıslı tələbələrin EXCANGE Proqramı çərçivəsində Azərbaycanın ali məktəblərində təhsil almaları çətindir. O, səbəb kimi Azərbaycanda məhdud sayda universitetdə ingilis dilində tədris aparıldığını bildirir. Söhbətinə davam edən müsahibim qeyd edir ki, Azərbaycanın 2004-cü ildə Boloniya prosesinə qoşulması qarşılıqlı iş birliyinin həyata keçirilməsinə yardımçı olur. - Bizim elə tələbələrimiz var ki, onlar təhsillərini Quzey Kıbrısda davam etdirirlər. Bu işdə Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti onlara lazımıi köməkliyi göstərir. Quzey Kıbrıs müstəqil dövlət kimi tanınmasa da, universitetlərinin tanınması ilə bağlı heç bir sıxıntı yoxdur. Ona görə ki, ölkənin ali məktəbləri Türkiyədə fəaliyyət göstərən YÖK-ün lisenziyası əsasında çalışırlar. Bütün proqramlar, ixtisaslar YÖK tərəfindən təsdiq olunur. Təsdiq olunan bu proqramlar Azərbaycanda da qəbul edilir. 1993-cü ildən bu yana Azərbaycan Respublikasının Təhsil nazirliyi ilə Türkiyə Cümhuriyyəti arasında çox sayda əməkdaşlıq protokolu imzalanıb. Bütün bunlar da öz növbəsində qarşılıqlı əməkdaşlığa öz töhfəsini verir. Düşünürük ki, bu əməkdaşlıq daha da inkişaf edəcək, deyə Orxan Həsənoğlu ümidvar olduğunu dilə gətirir.
Müsahibim qeyd edir ki, əgər ötən illər Azərbaycan dövləti xaricdə təhsil üçün tələbə göndərməyə maraqlı idisə, bu gün artıq əksinə tendensiya inkişaf edir. Azərbaycan dövləti maraqlıdır ki, ölkəmizdə təhsil alan əcnəbi tələbələrin sayı artsın. Bu strategiyaya rəğmən xarici tələbələrin Azərbaycan unuversitetlərinə qəbulu asanlaşdırılır. Öz ölkələrində təhsil alıb attestata malik olan məzunlar internet üzərindən müraciət edib, Azərbaycan universitetlərinə qəbul ola bilir. Düşünürəm ki, Quzey Kıbrısın universitetlərinin inkişaf təcrübəsindən Azərbaycan unuversitetlərində istifadə olunsa, faydalı olar, deyə Orxan Həsənoğlu arzusunu bu şəkildə ifadə edir.
Bir neçə ilə öncə, deyə müsahibim söhbətə davam edir: - Azərbaycanın 20 universitetinin tədris işləri üzrə prorektoru Quzey Kıbrısa dəvət olunmuşdu. Onlar bir həftə ərzində ölkənin universitetləri ilə tanış oldular. Yaxın gələcəkdə Azərbaycan universitetlərinin beynəlxalq əlaqələr və PR şöbələrinin rəhbərləri üçün də Quzey Kıbrıs universitetlərində təcrübə mübadiləsi proqramı nəzərdə tutmuşuq. Bu proqram çərçivəsində Azərbaycanlı mütəxəssislər adanın ali təhsil ocaqlarında PR işinin təşkili, onun həyata keçirilməsi texnologiyası ilə yaxından tanış olacaqlar. Quzey Kıbrısda universitetlərin uğur qazanmasının əsas səbəblərindən biri də məhz sağlam PR siyasətinin qurulması, rəqabətin formalaşmasıdır. Biz də istəyirik ki, Azərbaycan bu təcrübədən yararlansın. Əgər bir ölkə öz tarixini, mədəniyyətini və təhsilini dünyaya təqdim edə, tanıda bilirsə, deməli ki, öz kimliyini dünyaya bəyan edir. Quzey Kıbrıs bu yoldadır. Buranın qədim tarixi hər kəs üçün maraqlıdır. Dünya onu görmək arzusundadır. Dünyanın ən dadlı mətbəxi, ən qədim yaşayış məskənləri, ən qədim qalaları buradadır. Ən qədim əfsanələr Kıbrısda yaranıb. Quzey Kıbrıs qədim mədəniyyətlərin, qədim insanların, müasir dövrümüzdə isə ən gözəl ruha, düşüncəyə, təfəkkürə malik insanların məkanıdır. Bu ölkə təbiətin flora və faunasının ən inci varlıqlarının vətənidir. Kıbrısda zaman-zaman nə qədər xalqlar yaşasalar da, nə qədər mədəniyyət nümunələri yaratsalar da, Türk ruhu həmişə burada hakim olub. Kıbrısın tarixinə baxanda görmək mümkündür ki, onu fəth edənlər orada çox qala bilməyiblər. Çünki Kıbrıs özü qəlblər, könüllər fatehidir. Tanrı onu fəth olunmaq üçün yox, fəth etmək üçün yaradıb. O, öz qoynunda heyranedici abidələrin, mədəniyyətlərin yaranmasına necə yol açıbsa, eləcə də müasir dövr üçün də incilərin həyata vəsiqə almasına imkan yaradır. İncilər zaman-zaman sanki adanın bətnindən doğulur. Orxan Həsənoğlu ilə bu kəlmələri danışarkən yadıma müəllifini unutduğum bir türk şərqisinin sözləri düşürdü: Bir sevgi var ürəklərdə okunan, bir şarkı var könüllərə tokunan, bir çiçək var səhər-akşam kokunan, bir ölkə var məhəbbətlə tokunan...Benim Yavru vatanım...
Orxan Həsənoğlu qeyd edir ki, Quzey Kıbrısda Azərbaycanın diplomatik korpusu yoxdur. Ancaq Quzey Kıbrıs Türk Cümhuriyyətində Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti fəxri səfirlik kimi bu missiyanı həyata keçirir. Rəsmi sənədlərin hazırlanmasına, ölkədə yaşayan azərbaycanlıların hər hansı bir probleminin həll edilməsinə, sığorta, iş məsələləri, tələbələrin diplomlarının tanınması, apostillərinin təsdiq olunması və s. ilə bağlı iş aparırıq. Bu işlərin həyata keçirilməsində isə onlara Azərbaycanın Türkiyədəki səfirliyinin Ankara müşavirliyi, eləcə də Ankara valiliyi yaxından köməklik göstərir, deyə Orxan Həsənoğlu söyləyir. O, eyni zamanda bildirir ki, bu gün Azərbaycanda da Quzey Kıbrıs Türk Cümhuriyyətinin təmsilçiliyi var. Ufuk xanım Turgener təmsilçiliyin rəhbəridir. Bizim onlarla da həyata keçirdiyimiz iş birliyi ölkələrimizin daha da yaxınlaşmasına xidmət edir. Orxan Həsənoğlu qeyd edir ki, Azərbaycan-Quzey Kıbrıs Dostluq Cəmiyyəti komanda halında fəaliyyət göstərir. Təşkilatın özünün strukturu var və onun bütün əməkdaşları öz vəzifəsini lazımi səviyyədə yerinə yetirir. Biz öz məsuliyyətimizi yaxşı dərk edir, Azərbaycanı və Quzey Kıbrısı iştirak etdiyimiz bütün tədbirlərdə bu ölkələrin adına, dünya düzənində tutduğu mövqeyə layiq təmsil edirik. Cəmiyyətin Məsləhət Şurasında təmsil olunan ölkənin elm, təhsil adamları, ziyalıları onun səmərəli fəaliyyətinə öz töhfəsini verir. Diaspor sahəsində fəaliyyət qarşımızda dünyaya çıxış üçün geniş qapılar açır. Bu, könüllü fəaliyyətdir. Burada uğur qazanmaq istəyirsənsə, gərək özünü ona həsr edsən. Biz qrant, yardım almadan, öz imkanlarımız hesabına fəaliyyətimizi maliyyələşdiririk. Beynəlxalq əlaqələr sahəsində əldə etdiyimiz uğurlara görə Azərbaycana və Quzey Kıbrısa borcluyuq, çünki biz bu yola Azərbaycandan və Kıbrısdan çıxmışıq.
Orxan Həsənoğlu rəhbərlik etdiyi təşkilatın yerli media qurumları, televiziya kanalları ilə sıx əlaqələri olduğunu da dilə gətirdi. Vurğuladı ki, onlar ay ərzində ən azı iki dəfə telekanallara canlı yayınlara çıxır, qəzetlərə müsahibələr verir, maraqlı analitik təhlillərlə oxucuların, tamaşaçıların görüşünə gəlirlər. Quzey Kıbrısa gələn Azərbaycanlı qonaqlar üçün də bu şəraiti yaradırlar. Forum günlərində Azərbaycan Təhsil Şurası idarə heyətinin üzvü Samir Mehdizadə ilə birlikdə “Diyaloq” televiziyasının canlı efirində yarım saat çıxış etməklə biz də bu imkandan yararlandıq. Efirdə yaradılan imkandan istifadə edərək, Azərbaycan-Quzey Kıbrıs, Azərbaycan-Türkiyə dostluğunun inkişaf etməsinin ölkələrimizin iqtisadi, mədəni inkişafındakı rolundan, Azərbaycan təhsilinin müasir inkişaf tendensiyalarından, Qarabağ həqiqətlərindən, Quzey Kıbrıs təhsili ilə bağlı apardığımız araşdırmalardan, iştirak etdiyimiz “Təhsildə beynəlxalq liderlər Forumu”nun ölkələrimiz üçün əhəmiyyətindən bəhs etdik. - Biz istəyirik ki, Azərbaycandan Quzey Kıbrısa gələn qonaqlar bizim ağrılı problemimiz olan Qarabağdan danışıb dərdlərimizi anlatsınlar. Bizim təhsilimizdən, mədəniyyətimizdən, milli-mənəvi dəyərlərimizdən, adət-ənənələrimizdən bəhs etsinlər. Bəhs etsinlər ki, Kıbrıs cəmiyyəti bizi daha yaxından tanısın, bizi daha yaxşı dərk etsin. Biz diaspor təşkilatı olaraq Azərbaycanın bütün dövlət bayramlarını, matəm günlərini Quzey Kıbrısın dövlət strukturlarının iştirakı ilə yüksək səviyyədə təşkil edirik. Biz Quzey Kıbrısda Azərbaycanın, Azərbaycanda Quzey Kıbrısın səsiyik. Bütün bunlar bizim mənəvi borcumuzdur, deyir Orxan Həsənoğlu.
Müsahibim söyləyir ki, onlar yalnız Quzey Kıbrısda Azərbaycanın deyil, Azərbaycanda da Quzey Kıbrısın təbliğatı, onun haqq səsinin duydurulması ilə məşğuldurlar. Dünyanın müxtəlif ölkələrindən, xüsusilə təhsil işçilərinin, elm adamlarnın Quzey Kıbrısa dəvət olunması, müxtəlif mövzularda elmi konfransların, simpoziumların təşkil edilməsi, ölkənin tarixi, mədəniyyəti, təhsili, insanların həyat şəraiti ilə bağlı həqiqətlərin dünyaya çatdırılması bu gün diaspor təşkilatı kimi onların da mühüm vəzifələrindən biridir. Biz bu vəzifəni ali səviyyədə həyata keçirməyə çalışırıq, deyə Orxan Həsənoğlu vurğulayır.
Orxan Həsənoğlu yaxın gələcəkdə planlaşdırılan görüşlərdən bəhs edərək, Quzey Kıbrısın təhsil nazirinin, bələdiyyə başqanlarının, media strukturları rəhbərlərinin Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Bakıya gəlişi gözlənildiyini bildirdi. 2018-ci ilin noyabr ayında isə Azərbaycanda Kıbrıs festivalının keçirilməsi, eləcə də dördüncü Multikurltural Qış Məktəbinin təşkil olunması planlaşdırılır. 10 gün davam edəcək bu tədbirdə Quzey Kıbrısla yanaşı, dünyanın bir sıra ölkələrindən nümayəndələr iştirak edəcək. Multikurltural Qış Məktəbində Azərbaycanın milli-mənəvi dəyərləri, adət-ənənələri, tarixi haqqında qonaqlara ətraflı məlumat veriləcək, onlar vətənimizin görməli, gəzməli yerləri ilə tanış olacaqlar. Bu, şübhə yoxdur ki, qonaqlarda Azərbaycan haqqında müsbət fikir oyanmasına, sevgi yaranmasına yol açacaq. Orxan Həsənoğlu qeyd edir ki, Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti diaspor təşkilatlarından ən fəalı hesab edilir. - Keçirdiyimiz tədbirlər, malik olduğumuz strateji xətt, dövlətçilik mövqeyimiz cəmiyyətimizi dünya düzənində uğurlu təşkilatlardan biri kimi formalaşdırıb. Biz ölkə başçısı İlham Əliyevin də iştirakı ilə keçirilən Dünya Azərbaycanlılarının qurultaylarında zaman-zaman fəal iştirak etmişik. Azərbaycandan nə qədər uzaqda yaşamağımızdan asılı olmayaraq, ürəyimiz onunla döyünür. Biz düşünürük ki, ətrafımıza daha dinamik, çevik, dünyanı görə, duya, hiss edə bilən gəncləri toplayaq. Bu, bizim fəaliyyətimizin daha səmərəli alınmasına yol açar.
Orxan Həsənoğlu qeyd edir ki, Azərbycan – Quzey Kıbrıs Dostluq Cəmiyyəti dostluq əlaqələrinin genişləndirilməsi istiqamətində təkcə Azərbaycanla Quzey Kıbrıs arasında iş aparmır. Bəlli olduğu kimi, Quzey Kıbrısda qardaş Türk dövlətlərinin təmsilçilikləri hələ yoxdur. Azərbaycan – Quzey Kıbrıs Dostluq Cəmiyyətinin səyi nəticəsində digər türk dövlətləri ilə, xüsusilə Qırğızıstan və Qazaxıstanla əlaqələr qurulub. Zaman-zaman bu ölkələrdə Quzey Kıbrıs universitetlərinin, turizm şirkətlərinin sərgiləri keçirilir. Onlar da Kıbrısdakı tədbirlərə fəal şəkildə qoşulurlar. Amma Azərbaycanın Quzey Kıbrısa baxışı ilə Qazaxıstanın, Qızrğızıstanın baxışı eyni deyil. Buna baxmayaraq, Qazaxıstanın 40-a yaxın universitetilə Quzey Kıbrısın ali məktəbləri arasında əməkdaşlıq mövcuddur. Qazaxıstanlı tələbələr burada təhsil alır, müəllimlər pedaqoji fəaliyyət göstərirlər.
Orxan Həsənoğlu Quzey Kıbrısın Avropanın, dünyanın ayrı-ayrı ölkələri ilə təhsil əlaqələrindən bəhs edərək vurğulayır ki, dünyanın 116 ölkəsindən 120 mindən artıq tələbə bu ölkədə təhsil alır. Onların arasında Avropa ölkələrindən olanlar da var. Doğrudur, onlar çoxluq təşkil etmir, amma var. Amma Avropa ölkələri ilə universitetlərarası elmi, pedaqoji, texniki əlaqələr çox inkişaf edib, deyə O.Həsənoğlu vurğulayır. Quzey Kibris Universitetləri özləri də Avropa universitetləri ilə əlaqələrinin qurulmasında çox maraqlıdırlar. Xüsusilə “ortaq diplom” dediyimiz proqramlar mövcuddur. Bu proqramlar çərçivəsində tələbələr iki il Kıbrısda oxuyur, sonra isə təhsilini Avropa ölkələrinin universitetlərində davam etdirirlər. Bu da əlbəttə ki, ikitərəfli əlaqələr sayəsində mümkün olur. Quzey Kıbrısın dünya dövlətləri ilə təhsil əlaqələri günü-gündən inkişaf edir. Təhsil bu dövlətin beynəlxalq siyasətində əsas yerlərdən birini tutur. İnkişaf etmiş təhsil, dünya miqyasında rəqabət apara bilən universitetlər Quzey Kıbrısın dünyada həm də haqq səsi kimi səslənir. Dövlətin siyasətində təhsil başlıca yeri tutduğu kimi, diaspor təşkilatı kimi biz də təhsilə böyük önəm veririk.
Orxan Həsənoğlu söyləyir ki, bu gün Quzey Kıbrısın dünya dövlətləri tərəfindən tanınmasına zəruri ehtiyac var. Ölkə öz sosial, iqtisadi inkişafının yeni mərhələsinə qədəm qoyur, amma əgər dünya ölkələri onun müstəqilliyini hüquqi cəhətdən tanısalar, daha sürətli inkişaf, bütün sahələrdə dünyaya inteqrasiya baş verər. Bu da əlbəttə ki, insanların yaşayış səviyyəsinin yüksəlməsinə, yeni-yeni qlobal layihələrin reallaşmasına yol açar. Hansı ki, Kıbrıs özünün strateji mövqeyi baxımından hər zaman dünya dövlətlərinin nəzər-nöqtəsində olub. Bu gün isə adanın şimalı, orada yaşayıb öz azadlıqlarını, təhlükəsizliklərini tələb edən insanlar isə siyasi ambisiyaların qurbanına çevrilib. Bununla belə, Quzey Kıbrıs ilin bütün fəsillərində dünyanın hər yerindən gələn turistlər üçün ən gözəl məkan kimi sevilməkdədir. Bu ölkə, əgər yay fəslində öz mavi gözlü Aralıq dənizi, isti, narın qum dənələri ilə sevilirsə, ilin qalan fəsillərində öz tarixi abidələri ilə insanları sehrinə salır. Avropadan, uzaq Amerikadan, Afrikadan, Avstraliyadan insanlar antik dövr mədəniyyəti, orta əsrlərin heyrətamiz abidələri, Osmanlının memarlıq incilərini, bir sözlə mədəniyyətlərin sintezindən yaranan “Tarixin mədəniyyət və sevgi məbədgahı-Quzey Kıbrısı” görməyə gəlirlər. Bu ölkənin qapıları onu döyən hər kəsin üzünə açıqdır. Təki elə bir zaman gəlsin ki, dünyanın da bütün qapıları Quzey Kıbrısın üzünə açılsın. İnanırıq ki, zaman gələcək, dünya Quzey Kıbrısı duyacaq, onun tarixə söykənən haqq səsini eşidəcək.
Böyükağa MİKAYILLI

Комментарии
Отправить комментарий