Bəşəriyyətə sevgi çağırışı: “Bir səma altında”
10 mart 2018-ci il tarixində Bakının Səbail rayonundakı 6 nömrəli tam orta məktəbdə jurnalist Böyükağa Mikayıllının Azərbaycan, Ukrayna və Rus dillərində çap olunmuş “Bir səma altında” adlı kitabının təqdimat mərasimi keçirildi. Təqdimat mərasimində Ukrayna Respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Oleksandr Mişenko, eləcə də ölkəmizin elm və sənət adamları, yazıçılar, jurnalistlər, müəllimlər, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
Təqdimat mərasimini giriş sözü ilə Azərbaycan Təhsil Şurası idarə heyətinin üzvü, kitabın redaktoru Samir Mehdizadə açdı. O, qeyd etdi ki, Böyükağa Mikayıllının qələmə aldığı bu kitab yalnız Ukraynanın təhsilini, mədəniyyətni, etnik Ukraynalıların milli-mənəvi dəyərlərini, adət-ənənələrini əks etdirsə də, ümumulikdə ümumbəşəri ideyaları özündə ehtiva edir. O, qeyd etdi ki, Lvov Ukraynanın mədəniyyət mərkəzi hesab edilir. Bu şəhərdə dünyanın nadir memarlıq inciləri sayılan, dünyanın müxtəlif arxitektura cərəyanlarını əhatə edən abidələr yer almaqdadır. Böyükağa Mikayıllı bu abidələrin əksəriyyəti ilə yaxından tanış olaraq, onlara sanki ədəbi həyat verib. Bu abidələrin tarixiliyini və onların mənsub olduqları arxitektura məktəblərini araşdıraraq, onların tarixi dəyərini xarakterizə edib. Bütün bunlar Azərbaycan oxucusu üçün maraqlı olduğu kimi, Ukrayna oxucusu üçün də maraqlıdır. Bəzən biz hər hansı bir tarixi abidənin yanından sükutla ötüb keçirik. Onun özündə yaşatdığı tarixə əhəmiyyət vermirik. Əslində isə onlar özlərində çox böyük tarix, müəmmalar yaşadırlar. Böyükağa Mikayıllı bu müəmmaları açmağa, daşlarda gizlənən tarixi oxuculara çatdırmağa çalışır.
Samir Mehdizadə vurğuladı ki, etnik ukraynalılar haqqında qələmə alınan yazılar, ümumilikdə Ukrayna xalqının obrazı, onun mənəvi dünyası, keçib gəldiyi tarixi yol haqqında təsəvvür yaradır. – Biz Böyükağa Mikayıllı ilə birlikdə Ukraynanın ucqarlarına doğru irəlilədikcə, onun insanları, təbiəti ilə tanış olduqca, gözlərimiz qarşısında mükəmməl təbiət və bu təbiətdən doğulan əsrarəngiz mədəniyyət canlanırdı. Bu əsrarəngizliyi kitabın hər sətirində duymaq mümkündür.
S.Mehdizadə kitabda elm və təhsil məsələlərinə geniş yer verildiyini də diqqətə çatdırdı. Qeyd etdi ki, Ukraynanın qərbində istər ali, istərsə də orta ümumtəhsil sahəsində müasir tələblər səviyyəsində nəzərəçarpan inkişaf hiss edilməkdədir. Milli-mənəvi dəyərlərə söykənən avrointeqrasiya sürətlə baş verir. Lvovda elə ali təhsil ocaqları fəaliyyət göstərir ki, bunların bütün dünyada analoqu yoxdur. Böyükağa Mikayıllı bu təhsil ocaqlarının da fəaliyyətini xarakterizə etməklə, onların fəaliyyətini müasir dövrün tələbləri prizmasından təhlil edir, müasir Ukrayna məktəbinin strateji hədəflərini qələmə alır.
Samir Mehizadə onun da qeyd etdi ki, Böyükağa Mikayıllının Azərbaycan Respublikası Təhsil Şurasının katibi kimi, Şuranın Lvov vilayət Elm və Təhsil Departamenti ilə Lvovda və Bakıda birgə təşkil etdiyi “Beynəlxalq Təcrübə Mübadiləsi” layihəsindən genişliyi ilə bəhs etməsi də Azərbaycan – Ukrayna Təhsil əlaqələrinin tarixini və bugününü dəyərləndirmək baxımından mühüm əhəmiyyətə malikdir. O, söylədi ki, Təhsil Şurasının sədri, Professor Əjdər Ağayevin rəhbərliyi ilə həyata keçirilən bu layihənin koordinatoru Böyükağa Mikayıllıdır.
Samir Mehdizadə söylədi ki, Ukraynalılar Azərbaycanli jurnalistin onlar haqqında kitab yazması ideyasını böyük məmnuniyyətlə dəyərləndirib, ona Ukraynada hər addımbaşı mənəvi dəstək olublar. O, kitabın çap olunmasına mənəvi dəstək göstərənlərə, eləcə də kitabı rus dilinə tərcümə edən Etimad Başkeçidə, Püstə Axundovaya, Ukrayna dilinə tərcümə edənlər – Olqa Parçevskayaya, Natalya Dimiçkaya, Natalya Xmelyuka minnətdarlığını bildirdi.
Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Oleksandr Mişenko ölkəsi haqqında nəfis tərtibatlı kitabın nəşr olunmasından məmnunluğunu dilə gətridi. O, vurğuladı ki, uzun illik səfirlik fəaliyyəti dövründə hələ elə bir halla rastlaşmayıb ki, səfirliyin dəstəyi olmadan bir jurnalist onun ölkəsi haqqında kitab qələmə alsın. Bu, müstəsna haldır deyən səfir, cənab Oleksandr Mişenko Böyükağa Mikayıllıya minnətdarlığını ifadə etdi. Söylədi ki, hələ sovetlər birliyi dövründən müəyyən tarixi hadisələr səbəbindən Ukraynanın qərbi haqqında birmənalı olmayan, əsassız fikirlər səsləndirilib. Buna baxmayaraq qərbi Ukrayna öz gözəlliyi və insanlarının qonaqpərvərliyi ilə hər kəsi valeh edib. Böyükağa Mikayıllı bu kitabı ilə qərbu Ukraynanın, xüsusilə Lvovun dünyaya açıq, bəşəri bir şəhər olduğunu bir daha ustalıqla xarakterizə edib. O, kitabla yaxından tanış olduğunu dilə gətirərək vurğuladı ki, İvan Franko adına Lvov Milli Universitetin məzunu olsa da, jurnalistin gəzdiyi yerlərin əksəriyyətində olmayıb. Amma kitabı oxuduqdan sonra o yerlərə getmək həvəsi baş qaldırıb.
Səfir Oleksandr Mişenko vurğuladı ki, özünün mənsub olmadığın xalq haqqında dəyərli fikirlər söyləmək, o xalqın adət-ənənələrindən, mənəvi dəyərlərindən, görkəmli şəxsiyyətlərindən yazıb onları dünyaya tanıtmaq, yazıçıdan insanlığa sevgi ilə döyünən böyük ürək tələb edir. Azərbaycanlı jurnalistin belə bir ürəyə sahib olması onu çox sevindirir. “Bir səma altında” kitabı bu gün dünyanı müharibə ilə hədələyən, insanları öldürən, bəşəriyyətə fəlakət gətirənlərə “Bir-birinizi sevin, uşaqları qoruyun, dünyamızı xilas edin!” çağırışıdır, deyə səfir söylədi.
Təqdimat mərasinidə çıxış edən pedaqoji elmlər doktoru, professor Vidadi Xəlilov vurğuladı ki, “Bir səma altında” kitabı özündə böyük bir ideyanı ehtiva edir. Bu ideya insanların dostuluq, bir-birinə ehtiramı, insanlığın gələcəyi üçün bir amal uğrunda birləşmək ideyasıdır.
Respublikanın əməkdar müəllimi Həqiqə Məmmədova, kimya elmləri doktoru, profesor Fəxrəddin Yusifov, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vidadi Bəşirov, Təhsil Şurası İdarə heyətinin üzvü Akif Orucov, şair Namiq Hacıheydərli çıxış edərək kitabın ədəbi məziyyətlərindən, Azərbaycan-Ukrayna xalqlarının dostuğuna dəyərli töhfə olmasından, gərgin zəhmət hesabına başa gəlməsindən danışdılar, jurnalistə yaradıcılıq uğurları dilədilər.
Sonda çıxış edən Böyükağa Mikayıllı kitabın ərsəyə gəlməsində ona dəstək verən dostlarına, ailəsinə minnətdarlığnı bildirdi. Kitabı qələmə alan zaman Ukraynada olarkən qarşılaşdığı maraqlı hadisələrdən, Ukraynalılarn qonaqpərvərliyindən, Azərbaycanlılarla dost münasibətlərinin tarixi köklərindən, adət-ənənələrinin zənginliyindən, sülh və əminamanlıq tərəfdarı olmalarndan, mənəvi zənginliklərindən bəhs etdi. Vurğuladı ki, məhz bu amillər onun bu kitabı ərsəyə gətirməsinə vəsilə oldu. Təqdimat iştirakçılarına, səfir Oleksandr Mişenkoya, kitabın ön sözünün müəllifi, professor Əjdər Ağayevə, kitabın rekatoru, Ukraynanın qərbinə onunla birlikdə səyahət edən, hər addımbaşı dəstək olan, Təhsil Şurası İdarə heyətinin üzvü Samir Mehdizadəyə xüsusi minnətdarlığını dilə gətirdi.
B.MİKAYILLI
10 mart 2018-ci il tarixində Bakının Səbail rayonundakı 6 nömrəli tam orta məktəbdə jurnalist Böyükağa Mikayıllının Azərbaycan, Ukrayna və Rus dillərində çap olunmuş “Bir səma altında” adlı kitabının təqdimat mərasimi keçirildi. Təqdimat mərasimində Ukrayna Respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Oleksandr Mişenko, eləcə də ölkəmizin elm və sənət adamları, yazıçılar, jurnalistlər, müəllimlər, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.

Samir Mehdizadə vurğuladı ki, etnik ukraynalılar haqqında qələmə alınan yazılar, ümumilikdə Ukrayna xalqının obrazı, onun mənəvi dünyası, keçib gəldiyi tarixi yol haqqında təsəvvür yaradır. – Biz Böyükağa Mikayıllı ilə birlikdə Ukraynanın ucqarlarına doğru irəlilədikcə, onun insanları, təbiəti ilə tanış olduqca, gözlərimiz qarşısında mükəmməl təbiət və bu təbiətdən doğulan əsrarəngiz mədəniyyət canlanırdı. Bu əsrarəngizliyi kitabın hər sətirində duymaq mümkündür.

Samir Mehizadə onun da qeyd etdi ki, Böyükağa Mikayıllının Azərbaycan Respublikası Təhsil Şurasının katibi kimi, Şuranın Lvov vilayət Elm və Təhsil Departamenti ilə Lvovda və Bakıda birgə təşkil etdiyi “Beynəlxalq Təcrübə Mübadiləsi” layihəsindən genişliyi ilə bəhs etməsi də Azərbaycan – Ukrayna Təhsil əlaqələrinin tarixini və bugününü dəyərləndirmək baxımından mühüm əhəmiyyətə malikdir. O, söylədi ki, Təhsil Şurasının sədri, Professor Əjdər Ağayevin rəhbərliyi ilə həyata keçirilən bu layihənin koordinatoru Böyükağa Mikayıllıdır.
Samir Mehdizadə söylədi ki, Ukraynalılar Azərbaycanli jurnalistin onlar haqqında kitab yazması ideyasını böyük məmnuniyyətlə dəyərləndirib, ona Ukraynada hər addımbaşı mənəvi dəstək olublar. O, kitabın çap olunmasına mənəvi dəstək göstərənlərə, eləcə də kitabı rus dilinə tərcümə edən Etimad Başkeçidə, Püstə Axundovaya, Ukrayna dilinə tərcümə edənlər – Olqa Parçevskayaya, Natalya Dimiçkaya, Natalya Xmelyuka minnətdarlığını bildirdi.
Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Oleksandr Mişenko ölkəsi haqqında nəfis tərtibatlı kitabın nəşr olunmasından məmnunluğunu dilə gətridi. O, vurğuladı ki, uzun illik səfirlik fəaliyyəti dövründə hələ elə bir halla rastlaşmayıb ki, səfirliyin dəstəyi olmadan bir jurnalist onun ölkəsi haqqında kitab qələmə alsın. Bu, müstəsna haldır deyən səfir, cənab Oleksandr Mişenko Böyükağa Mikayıllıya minnətdarlığını ifadə etdi. Söylədi ki, hələ sovetlər birliyi dövründən müəyyən tarixi hadisələr səbəbindən Ukraynanın qərbi haqqında birmənalı olmayan, əsassız fikirlər səsləndirilib. Buna baxmayaraq qərbi Ukrayna öz gözəlliyi və insanlarının qonaqpərvərliyi ilə hər kəsi valeh edib. Böyükağa Mikayıllı bu kitabı ilə qərbu Ukraynanın, xüsusilə Lvovun dünyaya açıq, bəşəri bir şəhər olduğunu bir daha ustalıqla xarakterizə edib. O, kitabla yaxından tanış olduğunu dilə gətirərək vurğuladı ki, İvan Franko adına Lvov Milli Universitetin məzunu olsa da, jurnalistin gəzdiyi yerlərin əksəriyyətində olmayıb. Amma kitabı oxuduqdan sonra o yerlərə getmək həvəsi baş qaldırıb.
Səfir Oleksandr Mişenko vurğuladı ki, özünün mənsub olmadığın xalq haqqında dəyərli fikirlər söyləmək, o xalqın adət-ənənələrindən, mənəvi dəyərlərindən, görkəmli şəxsiyyətlərindən yazıb onları dünyaya tanıtmaq, yazıçıdan insanlığa sevgi ilə döyünən böyük ürək tələb edir. Azərbaycanlı jurnalistin belə bir ürəyə sahib olması onu çox sevindirir. “Bir səma altında” kitabı bu gün dünyanı müharibə ilə hədələyən, insanları öldürən, bəşəriyyətə fəlakət gətirənlərə “Bir-birinizi sevin, uşaqları qoruyun, dünyamızı xilas edin!” çağırışıdır, deyə səfir söylədi.
Təqdimat mərasinidə çıxış edən pedaqoji elmlər doktoru, professor Vidadi Xəlilov vurğuladı ki, “Bir səma altında” kitabı özündə böyük bir ideyanı ehtiva edir. Bu ideya insanların dostuluq, bir-birinə ehtiramı, insanlığın gələcəyi üçün bir amal uğrunda birləşmək ideyasıdır.
Respublikanın əməkdar müəllimi Həqiqə Məmmədova, kimya elmləri doktoru, profesor Fəxrəddin Yusifov, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vidadi Bəşirov, Təhsil Şurası İdarə heyətinin üzvü Akif Orucov, şair Namiq Hacıheydərli çıxış edərək kitabın ədəbi məziyyətlərindən, Azərbaycan-Ukrayna xalqlarının dostuğuna dəyərli töhfə olmasından, gərgin zəhmət hesabına başa gəlməsindən danışdılar, jurnalistə yaradıcılıq uğurları dilədilər.
Sonda çıxış edən Böyükağa Mikayıllı kitabın ərsəyə gəlməsində ona dəstək verən dostlarına, ailəsinə minnətdarlığnı bildirdi. Kitabı qələmə alan zaman Ukraynada olarkən qarşılaşdığı maraqlı hadisələrdən, Ukraynalılarn qonaqpərvərliyindən, Azərbaycanlılarla dost münasibətlərinin tarixi köklərindən, adət-ənənələrinin zənginliyindən, sülh və əminamanlıq tərəfdarı olmalarndan, mənəvi zənginliklərindən bəhs etdi. Vurğuladı ki, məhz bu amillər onun bu kitabı ərsəyə gətirməsinə vəsilə oldu. Təqdimat iştirakçılarına, səfir Oleksandr Mişenkoya, kitabın ön sözünün müəllifi, professor Əjdər Ağayevə, kitabın rekatoru, Ukraynanın qərbinə onunla birlikdə səyahət edən, hər addımbaşı dəstək olan, Təhsil Şurası İdarə heyətinin üzvü Samir Mehdizadəyə xüsusi minnətdarlığını dilə gətirdi.
B.MİKAYILLI
Комментарии
Отправить комментарий