Azərbaycanlı jurnalist Ukraynanın elm, təhsil, milli-mənəvi dəyərlərindən yazır...
Mostiska – duyğulu şəhər
Lvovdan ayrılıb Mostiskaya yol alırıq. Biz bu şəhərdə dəvət olunduğumuz “Şəhər günü”ndə iştirak etməli, bu münasibətlə keçirilən bayram tədbirlərinə qoşulmalı idik. Mostiska ilə Lvovu 70 kilometrlik məsafə ayırır. Bu şəhərə aparan yollarda Karpatın qəlb döyüntülərini, nəfəsini duymaq mümkündür. Mənim Ukraynanın qərbinə, bu möcüzəli yerlərə səfərimdə bir neçə tərəfdən bəxtimin gətirdiyini etiraf etməyə borcluyam. Bunun ən əsası yol yoldaşlarımla bağlıdır. Mostiska səfərində biz üç nəfər idik: Svetlana Knışık, Olqa Parçevska və mən. Bəxtim ona görə gətirmişdi ki, yol yoldaşlarım vətənlərini hədsiz dərəcədə sevən insanlar idi. Onlar hər çiçəyin, hər ağacın, hər bulağın adını bilir, uzaqlarda qanad çalan quşları uçuşundan, səsindən tanıyır, onları böyük sevgi ilə mənə göstərirdilər. Sanki Karpatın gözəlliklərindən möcüzəli bir çələng hörüb mənə hədiyyə etmək istəyirdilər. Çalışırdılar ki, mən onların doğma diyarlarını bütün qəlbimlə görə, onun ruhunu duya bilim.
Mostiskaya bizi Şəhər təhsil, mədəniyyət, turizm, gənclər və idman şöbəsinin müdiri xanım Valentina Çerneqa dəvət etmişdi. Oxucularım onu yaxşı tanıyırlar. Xanım Valentina 2017-ci ilin yanvarında Azərbaycan Təhsil Şurasının Bakıda təşkil etdiyi “Beynəlxalq təcrübə mübadiləsi” layihəsinə qoşulmuşdu. Xanım Valentina Bakıya, xüsusilə İçərişəhərə heyran olmuş, Bakıdan zəngin təəssüratlarla ayrılmışdı. Xanım Valentina məni əmin etmişdi ki, Mostiska da maraqlı təəssüratlar şəhəridir. Etiraf edim ki, bu şəhəri necə təsəvvür edirdimsə, elə də gördüm. Qərbi Ukrayna, Avropa memarlığına xas binalar, qədim kilsələr, Karpatın nəfəsi ilə isinən inanclı ürəklər, duyğulu insanlar, gülən üzlər – Mostiskanın simasını yaradırlar.
İyunun 11-də biz Mostiskada olarkən şəhərin 773 yaşı qeyd olunurdu. Mərasim iştirakçıları Taras Şevçenkonun, Boqdan Xmelnitskinin, eləcə də müqəddəslərinin abidəsi önünə gül dəstələri düzüb, onların ruhuna dualar oxudular. Ukrayna Ali Radasının deputatı Yaroslav Dubneviç, Polşa Respublikasının Lvovdakı konsulu Marian Orlikovski, Mostiska rayon Dövlət Departamentinin sədri Stepan Bunyak, şəhərin meri Serqey Storojuj, Rayon Sovetinin sədri Vladimir Qorbaço mərasimdə iştirak edirdilər.
Həmin gün şəhər bayram libası geyinmişdi. İnsanların simalarındakı xoş əhval- ruhiyyə şəhərin simasını daha da gözəlləşdirirdi. “Şəhər günü” çərçivəsində keçirilən tədbirlər şəhər gənclərinin sevgi ilə dolu qəlb döyüntülərini, adət-ənənələrə ehtiramı, həyata inamı, nikbinliyi, xoşbəxtlik və sevgi axtarışlarını ürəklərə həkk edirdi. İstedadlı uşaq və gənclərin əl işlərindən ibarət sərgi diqqətimi öz zənginliyi ilə cəlb etdi. Onların Ukrayna sevgiləri kövrək barmaqlarından və ürəklərindən qoparaq yaratdıqları ən kiçik gəlinciyin baş örtüyündə belə hiss edilirdi. Uşaqlar “Biz sənin övladlarınıq, Ukrayna” rəsm sərgisində, “Kukla-motinka” master-klasında, breyk-dansda, xoreoqrafiyada, yeniyetmə və gənclər gözəllik müsabiqəsində yarışdılar. Bu, yalnız yarış deyildi, Ukrayna gənclərinin Vətən sevgilərinin ifadəsi idi.
“Şəhər günü” izləyiciləri üçün həmin gün maraqlı olan çox məqamlar var idi. Lısenko adına Lvov Milli Musiqi Akademiyasının, eləcə də yerli yaradıcılıq kollektivlərinin ifaları böyük məmnunluqla dinlənilirdi. Sanki Mostiskanın səması sarı və göy rənglərdən ibarət bayram əhvalına bələnmişdi. Rəssamlar şəhərin tarixi simasını öz rəsmləri ilə dünyanın ən gözəl şəhəri kimi təqdim edir, onu Ukrayna ruhunun ən qiymətli incilərindən biri kimi göstərirdilər. Mən şəhəri bütünlükdə sanki böyük bir rəsm əsəri kimi görürdüm.
Elə mostiskalı rəssam Taras Govdanın da rəsm sərgisində bu hissləri yaşadım. O, insanın mənəvi dünyasının səsini, sevgisini, sevinc və kədərini rənglərin dili ilə məharətlə ifadə etməyi bacaran rəssamdır. İstedadlı rəssamın rəsmlərindəki təbiətin də, insanın da ruh yaşantılarını görmək mümkündür. Onun yaratdıqlarının öz dili var. Bu dili anlamaq insanlıq sevgisindən, insanın arzu və istəklərini duymaq hissindən keçir. Mostiskada 1974-cü ilin 27 fevralında dünyaya gələn Taras Govdanın rəsm əsərləri Polşanın, Çexiyanın, İtaliyanın, Belorusiyanın, Kanadanın, Avstraliyanın, Rusiyanın, Fransanın, İspaniyanın rəsmsevərlərinin şəxsi rəsm kolleksiyalarını bəzəməkdədir. Taras Govdanın rəsmlərindəki duyğulu insan, əbədi sevgi hisslərin danışan dili ilə dünyanı dolaşır. O, ixtisasca tarixçidir. Mostiska şəhərindəki 1 nömrəli orta məktəbi, İvan Franko adına Lvov Milli Universitetini bitirib. Krukeniçke internat məktəbində tərbiyəçi, sonra isə Krisoviçi kənd məktəbində tarix müəllimi işləyib. 1992-1994-cü illərdə Ukrayna ordusunda xidmət edib. Taras Govda hazırda “Mostişina” muzeyinin muzey şurasının sədridir. Taras Govdanın əsərləri ilə tanış olduqca əmin olursan ki, istedad harada yaşamasından asılı olmayaraq, öz parıltısı ilə qəlbləri işıqlandırır. O, gözlərdəki parıltını görə-görə, ürəklərdəki döyüntünü duya-duya, beyinlərdəki düşüncəni hiss edə-edə kətan üzərinə köçürür. Taras Govdanın əsərləri neçə-neçə sərgi salonlarının bəzəyinə çevrilib. O, duyğuların, hisslərin, arzuların rəsmini yaratmağı bacarır.
“Şəhər günü” şəhərin idman həyatına da canlanma gətirmişdi. Bunu Uşaq Gənclər İdman Məktəbinə rəhbərlik edən Yevgeniy Pavloviç Sklyarovun simasından da görmək mümkün idi. Biz onunla rəhbərlik etdiyi məktəbdə görüşdük. Şəhər təhsil, mədəniyyət, turizm, gənclər və idman şöbəsinin müdiri xanım Valentina Çerneqa, şöbənin metodisti xanım Martin Mariya İvanovna, eləcə də polşalı müəllim xanım Anna Baginska, xanım Svetlana Knışık, xanım Olqa Parçevska ilə birlikdə idman məktəbinin fəaliyyəti ilə tanış olduq. Yevqeniy Pavloviçin rəhbərliyi ilə bu məktəbin yetirmələri böyük uğurlara imza atıblar. Onlar Ukrayna idmanını onun hüdudlarından kənarda da uğurla təmisil etməkdədirlər. Yevqeniy Pavloviç saysız-hesabsız kuboklar, medallar, tərifnamələr, fəxri fərmanları bizə böyük qürurla təqdim edir. Azərbaycan mətbuatında dərc olunacağını eşidəndə sevincini gizlətmir, mənə təşəkkürünü ifadə edərək bizi “Şəhər günü” münasibətilə keçirlmiş beynəlxalq futbol yarışının mükafatlandırma mərasiminə dəvət edir. Biz Sklyarovun təklifini böyük məmnuniyyətlə qəbul etdik. Mükafatlandırma mərasimində Polşanın və Ukraynanın qalib gəlmiş komandaları iştirak edirdilər. Komandalar böyük həyacanla medallarını gözləyirdilər. Nəhayət, onlar idman marşı sədaları altında futbol meydançasının ətrafına toplaşdılar. Bu, əsl bayram mərasimi idi. Qaliblərə mükafatları təqdim etdik. Yevqeniy Pavloviç qısa nitqində vurğuladı ki, Mostiskanın “Şəhər günü” şəhərin həyatında əlamətdar bir hadisə olmaqla, gənclərin yeni arzularına yol açır.
Mən həmin gün Yevqeni Sklyarovun da dediyi kimi, Mostiskalı gənclərin simasında gələcəyə boylanan nikbin ruh hiss edirdim. Bu məni sevindirirdi. Axı biz bir səma altında yaşayırıq. İnsanların xoşbəxtliyi bəşəriyyətin xoşbəxtliyi deyilmi?
Mostiska körpülər şəhəridir. Şəhəri ətraf aləmlə qovuşduran körpülər onun üçün o qədər əhəmiyyətə malikdirlər ki, bu ad əsrlərdir ki, onunla yanaşı addımlayır. Siçen çayı bu şəhərin qəlbidir. Bu çay Mostiskaya özü ilə Karpatın ruhunu daşıyır. Mostiskalılar birmənalı olaraq Karpatruhludurlar. Karpatlılar haqqında yazılarımda onları qismən xarakterizə etsəm də, bu yazımda bu mövzuya bir daha toxunmaq istərdim. Öncə, yerlilərdən Karpat sözünün mənası ilə bağlı eşitdiklərimə nəzər salacam. Bəziləri hesab edir ki, “Karpat” sözü qədim polyak sözü olan “Karpa”dan yaranıb. Tərcümədə bu, qeyri-bərabərlik, tələ, sualtı daşlar, daş-kəsək, ağacın gövdəsi, yaxud kökü kimi başa düşülür. “Karpat” sözünü Danimarkalıların dilində işlədilən “Karpı”-“Dağlarda yaşayanlar” sözü ilə əlaqləndirənlər var. Deyilənlərə görə, Roma imperiyası dövründə bu torpaqlarda “Karpı” adında tayfa yaşayıb. Dağın da adı həmin tayfanın adından götürülüb. Maraqlı məqam odur ki, Kipr və Rodos adaları arasında Karpatos adında ada yerləşir. Yəqin ki, coğrafiyaçılar bu adların oxşarlığını, eləcə də Karpat adının mənasını müəyyənləşdiriblər. Mənim onları tədqiq etmək fikrim yoxdur. Sadəcə, eşitdiyim bir neçə versiya haqqında fikrimi bildirməklə kifayətlənirəm.
Karpatılılar yaşadıqları ərazinin iqliminə çox bənzəyirlər. Onlar dağlarda yaşayan insanlara xas xüsusiyyətlərə malikdirlər. Mərddirlər, çevikdirlər, ürəyiaçıq, qonaqsevərdirlər. Onlar hədsiz dərəcədə zəhmətkeş, öz işlərinə yaradıcı yanaşan, mükəmməl səs tembrinə malik insanlardır. Onlar Karpatın yüksək dağlıq yerlərində belə bir mismardan istifadə etmədən taxta evlər tikə, bu evləri milli ornamentlərlə bəzəyib ona məharətlə yaraşıq verməyi bacarırlar. Onların arasında yaşı yüzlərlə ölçülən belə evlərə, kilsələrə rast gəlmək mümkündür. Karpatlı ilə danışanda elə zənn edirsən ki, o, indicə mahnı oxuyacaq.
Karpatlıların zəngin bayram ənənələri var. “Milad bayramı”, “Köhnə yeni il”, “Xaç suyuna salınma”, “Pasxa” bu qəbildəndir. Dağlıq Karpat sakinlərinin ən sevimli bayramlarından biri də çobanların dağ yamaclarında heyvanlar üçün yem toplama və yaxud örüş mərasimidir. Karpatın dilində danışmağı bacaran çobanlar yem tədarükünə may ayından başlayır, sentyabrda bu işi başa çatdırırlar. Çobanların həyat şəraiti ağırdır. Lakin Karpatın sərt iqliminə alışmış bu insanlar əziyyətdən qorxmurlar. Tonqal ətrafında çalınan trembita, isti çörəklə brınza onları həm ruhən, həm də cismən güclü edir. Onlar Karpatda yaşayıb sərt və qüvvətli, eyni zamanda onun kimi mərhəmətli olmağa məhkumdurlar. Dünyanın hər yerində çobanlar belədirlər. Təbiət onları özü kimi formalaşdırır. Pendir və isti çörək bizim çobanların da sevimli yeməkləridir. Çoban komaları da bizimkilərə bənzəyir. Dairəvi, konus və ya üçbucaq formasında olur. Fərq ondadır ki, bizim çobanlar öz təbiət, həyat sevgilərini tütək, karpatlılar isə trembita ilə ifadə edirlər.
Mostiskanın “Şəhər günü” axşam saatlarına qədər davam edir. Axşamüstü bu şəhərdəki dostlarımızdan ayrılıb geriyə - Lvova yol aldıq. Mostiska bizi duyğulu, gülərüzlü qarşıladığı kimi, eləcə də yola saldı. Mən Lvova zəngin təəssüratlarla qayıdırdım.
Böyükağa MİKAYILLI,
“Təhsil və zaman” qəzetinin redaktoru

Комментарии
Отправить комментарий