

Onların yaratdıqları möcüzəli aləm məktəbin foyesində artıq öz pərəstişkarlarını gözləyirdi. Burada məktəbin “İstedadlılar” dərnəyinin üzvü Leylan Cəfərzadənin rəsmləri, eləcə də onun əl işlərinə verilmiş dəyəri özündə yaşadan sertifikatlar, diplomlar yer almışdı. Doğrusu, hələ məktəbli ikən Leylanın əldə etdiyi bu böyük uğurlar ancaq fərəh hissi doğura bilər. Maraqlıdır ki, bu istedadlı yeniyetmənin rəsm sərgiləri Azərbaycanda dəfələrlə, eləcə də xaricdə sərgilənməklə, beynəlxalq diplomlarla mükafatlandırılıb. Leylanın kiçik yaşlarından əldə etdiyi bu uğurlar onun gələcəkdə daha böyük nailiyyətlər əldə etməsi üçün təməl sayıla bilər. Bəs Leylanın rəsmlərindəkı diqqətçəkən məqamlar nədən ibarətdir? Leylanın rəsmləri insanın həyata sonsuz sevigisinin, təbiət vurğunluğunun əks – sədası təsiri bağışlayır. Onlar Günəş kimi işıqlı, qızılgül kimi ətirli, okean dalğaları kimi təlatümlü, uca dağ zirvəsində dövrə vuran qartal kimi heyrətamiz görünür. Rəsmlərin hər birində istedadlı Leylanın ürəyini görmək mümkündür. Çünki o, hər bir rəsmini ürəyinin hərarəti ilə isidib, onların hər birinə sanki uçmaq üçün qol – qanad, yaşamaq üçün ruh bəxş edir...Leylan öz rəsmləri ilə “dalğalar üzərində yeriyən adam”a bənzəyir. Sərgidə Leylanın əl işləri olan ebru nümunələri də nümayiş olunurdur. O, bu əsərlərinin də ruhuna günəş parlaqlığı, təbiət nəfəsi bəxş edə bilmişdi...
Комментарии
Отправить комментарий